Menyu

Carlsberg Group dünyanın ən nüfuzlu şirkətləri sırasına daxil oldu

Carlsberg Group ilk dəfə olaraq Reputation Institute beynəlxalq konsaltinq şirkətinin tərtib etdiyi “RepTrak®100” illik reytinqin ilk yüzlüyünə daxil olub.

Carlsberg Group ilk dəfə olaraq Reputation Institute beynəlxalq konsaltinq şirkətinin tərtib etdiyi “RepTrak®100” illik reytinqin ilk yüzlüyünə daxil olub.

Reputation Institute şirkəti “RepTrak®100” illik reytinqini təqdim edib. Carlsberg Group ilk dəfə olaraq dünyanın ən yaxşı korporativ nüfuzlu şirkətləri siyahısına daxil edilib.

Carlsberg Group-un korporativ ünsiyyətlər üzrə rəhbəri Anders Berinq bu nəticələrlə bağlı fikrini bildirib: “İnnovasiyalar, sabit inkişaf, effektivlik və digər istiqamətlərdə şirkətlərin liderliyini tanıyan “RepTrak®100” illik reytinqinə daxil olmaq bizim üçün şərəfdir. Onun nəticələri daha yaxşı bu gün və sabah üçün pivə hazırlamaq səylərimizin bütün dünyada müştərilər tərəfindən rəğbət qazandığını nümayiş etdirir. Bu bizi növbəti il üçün daha yüksək standartları müəyyən etməyə həvəsləndirir”.

2018-ci ildə Carlsberg Group “RepTrak®100” siyahısında 93-cü yeri tutdu.

“RepTrak®100” tədqiqatı zamanı Reputation Institute şirkəti dünyanın 15 ölkəsinin əhalisi arasında hər bir şirkətin emosional baxımdan cəlbediciliyi barədə sorğu keçirərək, 100  şirkətin korporativ nüfuzunu qiymətləndirir. Şirkətlərin reytinqi yeddi parametrə görə qiymətləndirilir: “Məhsul və xidmətlər”, “İnnovasiyalar”, “İş yeri”, “Rəhbərlik”, “İctimai rəy”, “Liderlik” və “Məhsuldarlıq”.

Tam reytinqə aşağıdakı keçiddə baxa bilərsiniz: https://www.reputationinstitute.com/global-reptrak-100

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az