Menyu

Carlsberg Azerbaijan şirkətində tələbələr üçün iş təcrübəsi

Carlsberg Azerbaijan şirkəti tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və universitetdə təhsilini bitirdikdən sonra şirkətimizdə işə davam etmək təklifi edir.

“Carlsberg Azerbaijan” MMC şirkətində tələbələr üçün iş təcrübəsi!
 
Carlsberg Azerbaijan şirkəti tələbə və yeni məzun olanlara ödənişli təcrübə keçmək imkanı yaradır və sonradan şirkətimizdə, universitetdə təhsilini bitirdikdən sonra, işə davam etmək təklifi edir.
Carlsberg Azerbaijan-da təcrübəçi 3-cü kurs və yuxarı (magistr və aspirantura kursları daxil olmaqla), əyani bölmədə tədris alan tələbə ola bilər. Tələbələrlə əmək müqaviləsi (müəyyən sınaq müddəti ilə) təklif edilir. Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr ilə işinin öhdəsindən qələn təcrübəçilərə, təcrübə və ixtisasına uyğun olaraq (Şirkətdə uyğun vakansiya olduqda halda) daimi iş yeri təklif oluna bilərlər.
 
Carlsberg Azerbaijan-da təcrübə nədir?
- İxtisasınız üzrə nadir və vacib olan təcrübə əldə etmək imkanı
- Professional və şəxsi bacarıqlarını artırmaq imkanı
- Universitetdə təhsil almaqla yanaşı nüfuzlu işə sahib olmaq imkanı
- Ən yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak etmək imkanı
 
Carlsberg Azərbaycan Şirkətində təcrübəçi olmaq imkanı, arzuladığınız karyeranıza doğru ilk addımınız ola bilər!
 
Tələb olunan ixtisasların siyahısı:
• Riyaziyyat
• Mühəndislik
• Elektroenergetika
• Elektronika
• Marketinq
• İqtisadiyyat
• Maliyyə
 
Namizədlərə olan tələblər:
- 3-cü və yuxarı kurs tələbələsi olan
- Azərbaycan dilini səlis bilən (danışma və yazma), Rus və İngilis dillərini bilənlərə üstunlük verilir
- Yüksək ünsiyyət bacarıqları olan
- İnternet Explorer və MS Office programlarını yaxşı bilən.
 
Prosesi necə başlamaq olar?
Carlsberg Azerbaijan Şirkətinin yay təcrübə proqramına seçimlərdə(test və assesment center) iştirak etmək istəyənlər 25 May 2019 tarixinədək, HR_CV@Carlsberg.az ünvanına CV-lərini yönləndirə bilər.
 
CV-nizdə oxuduğunuz Universitetin adı, ixtisasınız, bacarıqlarınız və iş təcrubəniz(olduğu halda) mütləq yer almalıdır.
 
Elektron məktubun mövzu bölməsində «Yay Təcrübə Proqramı» qeyd edilməlidir.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az