Menyu

Carlsberg Azerbaijan Sail’22 Kompasına mükəmməl uyğunluq nümayiş etdirdi

22 fevral 2017-ci il tarixində Carlsberg Azerbaijan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən şəffaf vergi partnyoru statusuna layiq görüldü.

Carlsberg Azerbaijan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən şəffaf vergi partnyoru statusuna layiq görüldü.

Fəaliyyətində ən üstün beynəlxalq təcrübələrə və maliyyə hesabatlarında ciddi uyğunluq (compliance) və aydınlığı rəhbər tutduğu səbəbdən Carlsberg Azerbaijan Vergilər Nazirliyi tərəfindən şəffaf vergi partnyoru statusuna layiq görülmüşdür.

Şəffaf vergi partnyoru statusu Carlsberg Azerbaijan şirkətini ölkənin və işgüzar cəmiyyətin mühüm subyekti və şəfaflıq və mükəmməl uyğunluq nümunəsi kimi tanınmasını təsdiq edir, hansı ki qeyd olunanlar Sail'22 strategiyasına əsasən Kompasımızı rəhbər tutaraq yaşamağa və Carlsberg Group-un Etika və Davranış Kodeksinin normalarını tətbiq etməklə mümkün olur. Respublikada fəaliyyətə başladığı gündən Carlsberg Azerbaijan şirkəti ölkə büdcəsinə 100 mln AZN məbləğində vergi ayırmaları ödəyib.

22 fevral Azərbaycan Respublikasının Vergilər Nazirliyində ən yaxşı vergi ödəyicisi şirkətlərin mükafatlandırma mərasimi keçirilib. Carlsberg Azerbaijan şirkətinin maliyyə direktoru Tomas Volkeyə müvafiq sertifikatı Vergilər Nazirinin Müşaviri Murad Əliyev təqdim etdi.

 

Tomas Volke, Carlsberg Azerbaijan şirkətinin maliyyə direktoru:

“Şirkətimiz üçün bu sertifikatı almaq və dövlət üçün yaxşı bir tərəfdaş olmaq olduqca qürurludur. Mən Vergilər Naziri cənab F. Məmmədova və ümumilikdə Vergilər Nazirliyinə bizi bu statusa layiq gördükləri və şirkətimizə qarşı xeyirxah mövqe tutduqları üçün minnətdaram. Biz təşkilatlarımız arasında qurulan dialoqu və konstruktiv əlaqələri yüksək qiymətləndiririk. Bu dəstək və etimad bizə ölkədə biznesimizi inkişaf etdirməyə və gələcəkdə əmin addımlarla irəliləməyimizə kömək edəcək”.

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az