Menyu

Carlsberg Azerbaijan “Birgə Gələcək Naminə” ekoloji breyn-rinqini təşkil edib

5 aprel Carlsberg Azerbaijan pivəbişirmə şirkəti “Yer Saatı”na həsr olunan “Birgə Gələcək Naminə” ekoloji breyn-rinq keçirib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) insanların diqqətinin ətraf mühit problemləri, iqlim dəyişmələrinə cəlb edilməsinə yönələn “Yer Saatı” ekoloji aksiyası çərçivəsində bütün dünyada müəyyən obyektlərdə işıqlar söndürülür. Bu il Carlsberg Group mövcud olduğu regionlarda 40-dan çox pivə zavodunda bu təşəbbüsə dəstək oldu.

“Azərbaycan” İntellektual Oyunlar Klubunun dəstəyi ilə Carlsberg Azerbaijan ətraf mühit problemlərinə həsr olunan breyn-rinq formatında tədbir təşkil edərək bu təşəbbüsə qoşuldu. “Birgə Gələcək Naminə” breyn-rinqi iştirakçıların və ümumilikdə cəmiyyətin məlumatlılığının artırılması və onların diqqətinin təbiətə qayğı ilə yanaşma məsələlərində bəşəriyyətin qarşısında duran çağırışlara cəlb edilməsi məqsədini daşıyır. Breyn-rinqdə Green ASAN və Green Baku nümayəndələri, jurnalist və bloqerlər iştirak etmişdir.  

Breyn-rinqin qalibi Green ASAN komandası olmuşdur.

Carlsberg Azerbaijan-ın korporativ ünsiyyətlər üzrə rəhbəri Nadejda Ovsyannikova: “Yer Saatı” aksiyası cəmiyyətin diqqətinin gündəlik problemlər səbəbindən diqqət yetirmədiyimiz ətraf mühit problemlərinə cəlb edilməsi üçün gözəl imkandır. Bu təşəbbüs ətraf mühitə qayğı və onun insana təsirinin fəsadlarının azaldılmasının ümumi vəzifəmiz olduğu və həm biznes strukturları və dövlət səviyyəsində, həm bəşəriyyətin dayanıqlı inkişafı üçün çalışan planetin məsuliyyətli sakinləri olaraq bununla bağlı tədbir görməli olduğumuzu bir daha xatırladır. Şirkətimiz uzun müddətdir ki, təbii ehtiyatlara qənaətçil istifadəsinə diqqət yetirir və  Carlsberg-in “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf strategiyası bizim üçün Azərbaycan da daxil olmaqla, mövcud olduğumuz bütün ölkələrdə nail olmağa çalışdığımız konkret və ölçülə bilən məqsədləri - SIFIR karbon izi və SIFIR su itkisi - müəyyən etmişdir. Bu vəzifələrin  çərçivəsində biz ən yaxın illərdə ehtiyatların istehlakının azaldılması və onlardan təkrar istifadənin genişləndirilməsi üçün tədbir görəcəyik”.

Carlsberg Group-da dayanıqlı inkişaf barədə:

2017-ci ildə Carlsberg Group “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramına start verib. Bu proqram çərçivəsində dayanıqlı inkişafın dörd prioritet istiqaməti – Enerji və karbon izi, Su, Məsuliyyətli istehlak və Əməyin mühafizəsi və təhlükəsizlik – müəyyən edilib. Dörd istiqamətin hamısında kompleks yanaşma tətbiq olunur və həmin yanaşma dəyərin artırılması zənciri üzrə inteqrasiya olunub. Təcrübədə bu dayanıqlı inkişaf prinsiplərinin müvafiq korporativ strategiya və biznes proseslərində tətbiqi, standartlara əməl olunması üçün siyasətlərin hazırlanması, böyük miqyaslara çatmaq üçün tərəfdaşlarla əməkdaşlıq və həm illik əsasda, həm uzunmüddətli perspektivdə irəliləyişin izlənilməsi üçün ölçülə bilən  məqsədli göstəricilərin müəyyən edilməsidir.

Carlsberg Group-da dayanıqlı inkişaf barədə ətraflı məlumat üçün: www.carlsberggroup.com/sustainability

Carlsberg Azerbaijan pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN, şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə 47 mln AZN təşkil edir. Carlsberg Azerbaijan məhsulları off-trade kanalında Azərbaycan bazarının təxmini 75% tutur (2015-ci il). Şirkət portfoliosuna Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika 4, Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc., Seth and Riley's Garage Hard Lemon kimi məşhur brendlər daxildir.  

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az