Menyu

Azərbaycanın Xırdalan brendi International Beer Challenge 2018 beynəlxalq müsabiqəsində qızıl medala layiq görülüb

Azərbaycanda 1 nömrəli pivə brendi olan Xırdalan “International Beer Challenge 2018” Beynəlxalq Pivə müsabiqəsində qızıl medala layiq görülüb.

International Beer Challenge müsabiqəsi dünyada ən nüfuzlu müsabiqələrdən biridir. Müsabiqədə hər il 30-dan çox ölkədən yüzlərlə pivə növü iştirak edir, münsiflər heyəti qismində isə beynəlxalq səviyyəli tanınmış pivə ekspertləri çıxış edir.

Bu il müsabiqədə bütün dünyadan 800-dən çox pivə növü iştirak etmişdir. Mükafatlandırma mərasimi sentyabrın 3-ü Londonda baş tutub, mərasimdə Carlsberg Azerbaijan-ın adından mükafatı şirkətin baş pivəbişirəni Vüqar Əhmədov qəbul edib.

Carlsberg Azerbaijan şirkətinin baş pivəbişirəni Vüqar Əhmədov: “Xırdalan pivəsi şirkətimizin qüruru və ölkəmizin ən məşhur pivəsidir. Təsadüfi deyil ki, o həm Azərbaycanlılar, həm turistlər arasında populyarlıq qazanıb. Xüsusilə Avropa ölkələrindən olan turistlərin pivəmizi yüksək qiymətləndirməsi sevindirici bir haldır çünki məlum olduğu kimi, onlar bu içkini çox sevir və pivə haqqında böyük biliklərə malikdir. Bu cür nüfuzlu beynəlxalq müsabiqədə qızıl medal almaq yalnız şirkətimizin deyil, bütün Azərbaycanın qələbəsidir, çünki Xırdalan milli səviyyəli brend hesab oluna bilər”.

Müsabiqə və qaliblər barədə ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz:

http://www.internationalbeerchallenge.com/winners/2018

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN təşkil edir, şirkət AR Vergilər Nazirliyinin vergi tərəfdaşı statusuna malikdir. Şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə təxmini 50 mln AZN təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Baltika 7, Baltika 0, Baltika 9, Baltika 4, Baltika Kuler, Efsane, Zhigulevsky phirmennoe, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon, Karmi Sensual, Somersby kimi məşhur brendlər var.

Carlsberg Group 1847-ci ildə təsis olunub və hal-hazırda dünyanın ən iri pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group dünyanın üç iri regionunun – Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodlara malikdir və onun məhsulları 150 ölkədə təqdim olunub. Şirkətin portfelində 140-dan çox pivə markası var. Qrupun əməkdaşlarının ümumi sayı 41000-dən çoxdur. 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az