Menyu

Azərbaycanın №1 pivəsi “Jara 2019” musiqi festivalında sponsor qismində çıxış edəcək

Ölkəmizin №1 pivə brendi olan Xırdalan -“Jara” festivalının pivə sponsorudur.

Ölkəmizin №1 pivə brendi olan Xırdalan -“Jara” festivalının pivə sponsorudur. Ölkə daxilində bir milyondan çox sadiq müştəriyə sahib olan Xırdalan laqeri 20 ildən çoxdur ki, istehlakçıları əla keyfiyyət və gözəl dad ilə sevindirir. Pivə brendi həm də ölkəmizin qonaqları arasında da məşhurdur. Qeyd edək ki, Xırdalan pivəsinin may ayında təqdim edilmiş yeni çeşidi, artıq istehlakçıların rəğbətini qazanmışdır.

Xırdalan pivəsi - Carlsberg Group şirkətinin bir hissəsi olan Carlsberg Azerbaijan-ın qabaqcıl brendidir.  2018-ci ildə İngiltərədə keçirilən nüfuzlu International Beer Challenge müsabiqəsində Xırdalan qızıl medal qazanmışdır. Qeyd edək ki, müsabiqədə 30-dan çox ölkədən yüzlərlə növ pivə təmsil edilmiş, münsiflər heyəti qismində isə məşhur pivə ekspertlərin iştirak etmişdirlər, bu səbəbdən belə bir müsabiqədə birinciliyə layiq görülmək əla keyfiyyətin və qüsursuz dadın sübutudur.  

Bu ilin iyun ayında, Belçikanın paytaxtı Brüsseldə keçirilən International Taste Institute müsabiqəsində Xırdalan əla keyfiyyəti sayəsində yüksək qiymət əldə edərək, mümkün olan 90 baldan 85,5 layiq görülmüşdür.

Bu il Xırdalan ilin ən möhtəşəm hadisələrindən biri olan "Jara 2019" beynəlxalq musiqi festivalının pivə sponsorudur. Qeyd edək ki, festival 4 gün davam edəcək və bu müddət ərzində sizi sevimli hitlər və Xırdalan brendindən çox saylı sürprizlər gözləyir.

Xırdalan sizi bu yayın əsas hadisəsində iştirak etməyə və istirahətdən zövq almağa dəvət edir. Xəzər dənizinin sahili, Xırdalanın sevimli dadı və “Jara”-nın  məhşur ulduzları – bundan gözəl nə ola bilər.

Carlsberg Azerbaijan pivə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafında istifadə edilən investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkətin məhsul portfelinə Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, Балтика КУЛЕР, Efsane, Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth&Riley's Garage kimi məşhur brendlər daxildir.

Carlsberg Group 1847-ci ildə yararaq hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin  baş qərargahı, Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir.  Carlsberg Groupun fabrikləri dünyanın üç nəhəng regionu olan Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində təmsil edilmişdir. Həmçinin, şirkətin istehsal etdiyi məhsullar 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markası daxildir. Qrup işçilərinin ümumi sayı 42 000-dən çoxdur.

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az