Menyu

170 saat ərzində 170 il: Kopenhagendə Carlsberg Group-un möhtəşəm yubileyi

2017-ci ildə Carlsberg Group pivə şirkəti yarandığı andan 170 illiyini qeyd edir. Yubiley münasibətilə avqustun 21-dən 27-dək bütün dünyadan gələn həmkarlar və qonaqlar şirkətin pivəbişirmə dünyasına necə təsir etdiyini və bu sahənin və ümumilikdə cəmiyyətin gələcəyini necə təsəvvür etdiyini öyrənmək üçün əfsanəvi pivənin tarixinin başlandığı yerdə - Kopenhagendə toplaşdılar.

Bayrama bir çox tədbirlər daxil idi və proqram simvolik olaraq 170 saat, yəni bir həftə davam etdi. 

Tədbirin proqramında Carlsberg şirkətinin banisi Yakob Yakobsenin pivə zavodunu açdığı və bu günə qədər Carlsberg-də işləyən hər kəsin fəaliyyətinin əsasında duran fəlsəfə təqdimatı yer alıb: "Zavodlarımızın məhsullarımız kimi hər zaman nümunəvi olmaları üçün mənfəətə baxmayaraq pivəbişirmə sənətində mükəmməlliyə nail olmaq". Həmin gün Carlsberg Group öz ən son nailiyyətlərini - «Together Towards Zero» davamlı inkişaf proqramını təqdim etdi. O, dörd strateji uzunmüddətli hədəfi özündə ehtiva edir: SIFIR karbon izi, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz pivə istehlakı və SIFIR bədbəxt hadisə.

Əsas proqramdan əlavə tədbir qonaqları Jeroen Svolfs-ın məşhur "Dünya küçələri" adlı fotosərgisini ziyarət etdilər. Ekspozisiya təkcə öz miqyası ilə deyil, həm də qeyri-standart fikri ilə insanı təsirləndirdi: bir çox ölkədə çəkilmiş 195 küçə şəkli yaşadığımız dünyanın müsbət obrazını canlandırdı və planetin müxtəlif nöqtələrindən olan insanların fərqlərdən daha çox oxşarlıqları olduğunu vurğuladı. Şəkillər son on illə bağlı olan və indi yalnız sərgi üçün öz qapılarını açan qədim Carlsberg zavodunun bişirmə sexində təqdim olundu.

 

Bundan başqa, Carlsberg Group-un 170 illiyi münasibətilə Carlsberg Fondu və "Yeni Carlsberg" Fondu ilə bağlı bütün muzeylər, o cümlədən Qliptotek və Frederiksborq qəsri şirkətin banisi Yakob Yakobsenə, onun oğlu Karl Yakobsenə, habelə onların "Qızıl Kopenhagen əsri" adlanan dövrdə yaşamış həməsrlərinə həsr olunmuş sərgi keçirdilər.

Bayramın kulminasiya nöqtəsi şəhərin bütün sakinləri və qonaqları üçün təşkil olunan şənbə əyləncə gecəsi oldu.

Şirkətin 170 illiyində şəxsən iştirak edə bilməyən hər kəs http://www.carlsberg.com/170 saytına keçib Carlsberg dünyası üzərindən "uça" bilər. Onlayn rejimdə iki pilotsuz dron qədim pivə zavoduna ekskursiya təşkil edir, Carlsberg-in Yeni Qliptotekində Karl Yakobsenin gözəl bədii kolleksiyalarını göstərir, və hətta Karl Yakobsenin şəhərə hədiyyə etdiyi, Danimarkanın rəmzi olan Su pərisinin yanından uçur.

"Son 170 il Carlsberg Group şirkəti dünyada ən yaxşı pivə yaratmaqla yanaşı, həm də məhsulların keyfiyyətini elmi araşdırmaların köməyi ilə yaxşılaşdırmaqla bütün pivəbişirmə sənayesini dəyişib. 170 saat ərzində biz Kopenhagendə Carlsberg Group-un dünənki və bugünkü nailiyyətlərini qeyd etdik, eləcə də öz planlarımızı izah etməyə çalışdıq - elmə yatırım edərək və cəmiyyətin həyatına töhfə verərək ən yaxşı sabah üçün pivə bişirmək", - Carlsberg Group-un prezidenti Kees 't Hart şərh edir.

Məlumat üçün:

Carlsberg Group — dünyada ən iri, geniş pivə və digər içkilər brendləri portfelinə sahib olan pivəbişirmə qruplarından biridir. Şirkətdə 41 min nəfərdən çox əməkdaş işləyir, məhsulları isə dünyanın 150-dən artıq bazarında satılır.

 

 

Əlaqə

Lütfən suallarınızla müraciət edin

Korporativ Ünsiyyətlər üzrə Rəhbər

Nadejda Ovsyannikova

Tel +99412 3420900 (dax: 1300); +994 50 245 27 41 Email Nadejda.Ovsiannikova@carlsberg.az

Korporativ Ünsiyyətlər üzrə Böyük Mütəxəssis

Lalə Əfəndi

Tel +99412 3420900 (dax: 1121); +994502867664 Email Lala.Afandi@carlsberg.az