Menyu
Somersby Apple Cider (alma sidri)

Somersby Apple Cider (alma sidri)

Pivə Növü:
Sidr
Alkoqol tərkibi:
4,7%
Mənbə:
Danimarka
Somersby Apple Cider (alma sidri)

Somersby alma sidri 100% alma şirəsindən hazırlanmış tərkibində az miqdarda alkoqol olan təbii sidr növüdür.

Somersby mükəmməl fərahlıq hissi bəxş edərək xoş alma dadı verir.

Sidr – təbii şirənin texnoloji üsulla qıcqırdılması ilə hazırlanan alkoqollu içki olub ilk dəfə İngiltərədə kəşf edilmişdir. Eramızın 55-ci ilində romalılar Kent qraflığının kəndlərindən birində sakinlərin içdiyi almadan hazırlanmış dadlı alkoqollu sidr içkisi ilə tanış oldular. Alma növləri ilə zəngin olan Böyük Britaniya regionlarının ənənəvi kənd həyatında ‘skrampi’ (tünd alma şirəsi) adlandırdıqları özlərinə xas alkoqollu içki növünün hazırlaması adəti formalaşmışdı. Bu içki pivə növlü içkilərin şirin bir alternativi kimi məşhurlaşmış və hətta sağlamlıq üçün sudan daha faydalı hesab olunduğuna görə sərinlədici içki kimi suyu əvəz edirdi. Sidrin hazırlanmasının ənənəvi üsulu hələ də aktualdır. Sidr indi də öz təbii meyvə dadı və sərinlədici xüsusiyyətinə görə yüksək qiymətləndirilir.

Son illər sidr öz populyarlığını yenidən qazanaraq daha çox tələbat yaratdı. Bu gün sidr alternativ bir şərab və ya pivə növü, eləcə də az alkoqollu kimi istifadə olunur. İlk dəfə 2008-ci ildə Danimarkada istehsalına başlanan və son illərdə kontinental Avropa ölkələrinin əksəriyyətində istifadə olunan Somersby hazırda 35 ölkədə satışdadır.

Təravətli dadına və ətrinə görə Somersby həyatınızın ən yaddaqalan anlarını bəzəyir.

Qablaşdırma: 0,44 litrlik butulka.

Qida dəyəri

kkal
60
Karbohidrat
100 q içkidə 9 q-dan çox olmayan karbohidrat

Tərkib

saflaşdırılmış içməli su, konsentratlaşdırılmış alma şirəsi, şəkər, pH tənzimləyici – limon turşusu.