Menyu
Baltika #0 Alkoqolsuz pivə

Baltika #0 Alkoqolsuz pivə

Pivə Növü:
Alkoqolsuz pivə
Mənbə:
Rusiya
Baltika #0 Alkoqolsuz pivə

Başlanğıc şirənin ekstraktivliyi: 12 %

Baltika #0 pivəsinin istehsalına 2001-ci ildə başlanmış və “Baltika Breweries” alkoqolsuz pivə istehsal edən ilk Rus şirkəti olmuşdur. Hazırda “Baltika Breweries” pivə zavodlarındakı avadanlıqlar alkoqolsuz pivənin hazırlanmasında ən qabaqcıl üsuldan istifadə etməyə imkan verir.

Baltika №0 asılı fermentasiya texnologiyasından deyil, hazır pivə məhsulundan alkoqolun diqqətlə çəkildiyi dializ texnologiyasından istifadə etməklə hazırlanmış alkoqolsuz pivədir. Bu metod alkoqol tərkibli pivə ilə eyni dada malik alkoqolsuz pivə çeşidinin hazırlanmasına imkan verir. Klassik resept və yüksək keyfiyyətli xammaldan istifadə olunur. Baltika #0 şirin dadların qarışığı ilə ənənəvi xəfif pivə ləzzəti və ətrinə malikdir.

Alkoqolsuz pivə bütün əsas В, A və E vitaminlərini, eləcə də 30-dan çox mineral maddələr və mikroelementləri özündə birləşdirir. Enerji dəyəri təxminən adi pivə məhsulunun 100q-da olan 43.4 kilokaloridən iki dəfə azdır.

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin qərarına əsasən "Baltika #0 Alkoqolsuz Pivə insanın psixomotor (hərəkətlə bağlı) bacarıqlarına təsir etmir,  hava, motor və avtomobil nəqliyyatında, təhlükəli peşələrin sahiblərinə və yaşlılara tövsiyə edilə bilər".

Hazırda Baltika #0 Rusiya ən məşhur alkoqolsuz içkidir. Biznes-Analitika Agentliyindən verilən məlumata əsasən 2008-ci ildə bu brendin alkoqolsuz pivə seqmenti üzrə payı təxminən 60% təşkil edirdi.

Baltika #0 ABŞ, Kuba, Yaponiya, Yeni Zelandiya, Almaniya və İrlandiya daxil olmaqla dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.

Bu brend dəfələrlə Rusiyada və beynəlxalq peşəkar müsabiqələrdə ən yaxşı alkoqolsuz pivə elan edilmişdir. 2006-cı ildə Baltika #0 ən nüfuzlu mükafatla: 2006-cı il Pivə üzrə Dünya Çempionatında Pivə Zavodları Assosiasiyasının Beynəlxalq Dadma Müsabiqəsində Alkoqolsuz Pivə kateqoriyası üzrə gümüş medalla təltif edilmişdir. 2008-ci ildə isə bu brend Avstraliya Beynəlxalq Pivə Mükafatları müsabiqəsində Az miqdarda Alkoqollu Hazır Məhsul kateqoriyasında bürünc medala, eləcə də X Böyük Moskva Pivə Festivalında peşəkar Osiris müsabiqəsində Ən Yaxşı Alkoqolsuz Pivə Kateqoriyası üzrə Platin Osiris mükafatına layiq görülmüşdür. Bundan başqa, bu brend Moskvada keçirilən pivə festivalında insanların dadma sınaqları nəticəsində ən yaxşı məhsul brendi elan edildi.

Qablaşdırma: 0,47 litrlik butulka.

Qida dəyəri

kkal
35
Karbohidrat
100 qr pivədə 6.0 q-dan çox deyil

Tərkib

Saflaşdırılmış içməli su, açıq rəngli arpa səmənisi, səməni ekstraktı, səməni arpası, mayaotu məhsulları