Carlsberg Group-un bir hissəsi olaraq Carlsberg Azerbaijan Birlikdə SIFIRA Doğru (Together Towards ZERO - TTZ) proqramı çərçivəsində dayanıqlılıq üzrə məqsədlər qoyur, hansı ki, iqlim dəyişməsi, su çatışmazlığı və ictimayyətin sağlamlığına olan təhlükələr kimi ciddi çağırışlar olan dövrdə bizim daha yaxşı sabaha baxışımızı ifadə edir. Proqram bizim 2022 və 2030-cu illərə olan ambisiya və məqsədlərimizi bildirir.
Sosial-məsuliyyətli müəssisə olaraq, Carlsberg Azerbaijan Abşeron rayonunun sosial inkişafı proqramlarını dəstəkləyir və müxtəlif ictimai təşkilatlara xeyriyyə yardımı göstərir. Məsələn, 2014-cü ildə Şirkətin Milli Olimpiya komitəsi ilə birlikdə maliyyə dəstəyi ilə Milli parkda hətta sağlamlıq imkanları məhdud insanların da indiyə qədər istifadə edə bildikləri ictimai idman meydançası tikilib.
2016-cı ildə Carlsberg Azerbaijan bütün dünyada pivəbişirmə şirkətlərinin hər il keçirdiyi və pivənin məsuliyyətli istehlakını təbliğ edən Global Beer Responsibility Day sosial təşəbbüsünə qoşulub və Bakı şəhərinin Polis İdarəsi ilə birlikdə ayıq sürücülüyə həsr olunmuş aksiya həyata keçirib.
Ambisiyalar:
Hər bir ambisiya 2022 və 2030-cu illər üçün individual və ölçülə bilən məqsədlərə dəstəklənir.
Biz ambisiyalarımıza təklikdə nail ola bilmərik. Məhz bu səbəbdən biz WWF (Vəhşi Təbiət Fondu), Carbon Trust (Karbon Fondu), Sosial Məsuliyyət üçün Biznes (Business for Social Responsibility) və sağlamlıq paneli ekspertləri və davranış üzrə alimlərlə birgə çalışırdıq. Birlikdə biz iddialı uzunmüddətli hədəflər təyin etməyə və hərəkətə keçmək üçün çalışdıq.
Birlikdə SIFIRA Doğru (TTZ) ambisiyalarına dəstək olaraq biz Carlsberg-in gənc alimlər icmasının əsasını qoyuruq və sözügedən icmaya Carlsberg Araşdırmalar Laboratoriyası rəhbərlik edəcək. Biz icmanın göstərdiyi səyləri iqlim, su və dayanıqlı pivə istehsalı üçün yeni çıxış yollarını inkişaf etdirmək məqsədi ilə koordinasiya edəcək və maliyyələşdirəcəyik.
Birlikdə SIFIRA Doğru Carlsberg Group SAIL'22 strategiyasının əsas elementidir və bizim Daha yaxşı bu gün və sabah üçün pivə istehsal etməyimiz məqsədi üzərində qurulub.
Bizim daha yaxşı bir cəmiyyətə töhfə vermək istəyimiz qlobal rifaha irəliləyiş ilə harmoniya təşkil edir. Bu, Paris İqlim Razılaşmasında göstərilən az miqdarda təsirə və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq tullantıların azalmasını təmin etməyə yönləndirir.
Biz DİM-mizi Birlikdə SIFIRA Doğru proqramını formalaşdırmaq, biznes addımlarımızın verdiyi töhfəni anlamaq və təchizat zəncirində möhkəmlik yaratmaq üçün istifadə etmişik.
Birlikdə SIFIRA Doğru proqramı haqqında daha ətraflı >>