Menyu

Ticarət Sanksiyalarının yerinə yetirilməsi üzrə siyasət

GİRİŞ VƏ MƏQSƏD

Ticarət sanksiyalarına dair qaydalar bütün dünyada ABŞ, Rusiya, Aİ və BMT kimi bir çox ölkə və təşkilatlar tərəfindən qəbul edilir. Müəyyən insanlar və ya təşkilatlarla ticarətə qadağa qoyan ticarət sanksiyalarının məqsədi bu və ya digər dövlət və ya dövlət institutunun digər dövlət və ya dövlət institutunun siyasi siması ilə uyğunlaşdırılması üçün onun davranışına görə sanksiyaların tətbiq edilməsidir. Sanksiyalar Karlsberq Qrupunun bəzi ölkələrdə işgüzar fəaliyyət aparmaq imkanlarını və Qrupun bəzi əməkdaşlarının müəyyən növ fəaliyyətlərdə iştirakını məhdudlaşdıra bilər. Bundan başqa, sanksiya qaydaları adətən müəyyən növ avadanlıqların bəzi ölkələrə ixracına qadağa qoyur.

Ticarət sanksiyalarının qaydalarının pozulması ciddi mənfi fəsadlara gətirib çıxara bilər. Bu fəsadlara Karlsberq Qrupunun şirkətlərinə cərimələrin tətbiq olunması, Karlsberq Qrupunun rəhbərliyinə və əməkdaşlarına dəbbənin tətbiq olunması və/və ya həbs cəzası, kreditləşmənin şərtlərinin ləğv edilməsi və nüfuza dəyən mənəvi zərər.

Ticarət sanksiyalarının yerinə yetirilməsi üzrə siyasətin məqsədi yuxarıda göstərilən risklərin yumşaldılması üçün müvafiq əməkdaşların funskiya və öhdəliklərinin müəyyən edilməsidir.

TƏTBİQ SAHƏSİ

Hazırkı siyasət Karlsberq Qrupunun bütün bölmələrinin danışıqların aparılması və ya müqavilələrin o cümlədən kredit müqavilələrinin imzalanması, həmçinin, satınalmalara görə məsuliyyət daşıyan rəhbərliyinə, işçilərinə və podratçılarına qlobal şəkildə şamil olunur.

TƏLƏBLƏR

1. UYĞUNLUĞUN YOXLANILMASI VAXTI

1.1 Sanksiyaların obyekti – fiziki və ya hüquqi şəxslərlə ağır danışıqların qarşısının alınması üçün yoxlama və müvafiq təmizləmə mümkün olduğu qədər tez və hər zaman müqavilə bağlanmazdan əvvəl aparılmalıdır.

2. ŞİRKƏTİN PROSEDURALARI VƏ QAYDA VƏ QANUNALARA RİAYƏT OLUNMASI

2.1. Potensial və ya mövcud işgüzar tərəfdaşın sanksiya obyekti olmasına dair hər hansı əlamət mövcud olduğu təqdirdə, aşağıda göstərilən nəzarət parametrləri yerinə yetirildiyi halda belə bu cür tərəfdaş yoxlamadan keçməlidir.

2.2. Karlsberq Qrupunun risklərə əsaslanan yanaşması Qrupun ticarət sanksiyaları üzrə menecerinin ticarət sanksiyaları ilə bağlı istənilən potensial problem barədə, bu problemin yoxlamanın nəticəsi, həyəcan siqnalı olmasından və ya başqa bir mənbədən gəlməsindən asılı olmayaraq yazılı surətdə məlumatlandırılmasını tələb edir.

2.3. Bundan başqa, ticarət sanksiyalarının potensial və ya faktiki pozulması riski yarandığı zaman korporativ tənzimləmə və nəzarət şöbəsinin rəhbəri və baş hüquq məsləhətçisi bu barədə həmişə müvafiq məlumat almalıdır.

3. YOXLAMA PARAMETRLƏRİ

3.1. “Yüksək riskli”, “orta riskli”, “az riskli” və “yaşıl” ölkələrin qeyd olunması ilə ölkələrin siyahısı (Əlavə 1) ticarət sanksiyalarına münasibətdə müqayisəli yoxlama üçün mütləqdir. Ölkələr yeni sanksiyaların qəbulu və ya mövcud olanların ləğvi zamanı bir kateqoriyadan digərinə keçir. Beləliklə, əlavə daima təkmilləşdirilən və dəyişikliklər edilən bir sənəddir, buna görə də son versiyanın istifadə olunduğundan əmin olmaq lazımdır.

3.1.1. Yüksək riskli ölkələr

Yüksək riskli ölkələrdə Karlsberq Qrupun bütün potensial və mövcud (müqaviləni yeniləyən) işgüzar tərəfdaşları, bu işgüzar tərəfdaşların rəhbərləri, onların (birbaşa və dolayı) səhmdarları və bu səhmdarların rəhbərləri, həmçinin, cəlb edilən banklar sanksiyalara görə yoxlamadan keçməlidir.

ABŞ vətəndaşları və “qrin-kart” sahibləri Karlsberq Qrupu üçün xüsusi risk təşkil edir və onlar yüksək səviyyədə riskli ölkələrdə kommersiya fəaliyyəti aparan zaman şəxsi riskə məruz qalır çünki onlara yüksək səviyyədə riskli ölkələrdə layihələr üzərində şəxsən işləmək qadağan olunub və buna görə də onlar bu qadağanın pozulmasına görə cinayət təqibinə məruz qala bilər. Beləliklə, ABŞ vətəndaşları və “qrin-kart” sahibləri yüksək səviyyədə riskli ölkələrdə layihələr üzərində işə başlamazdan əvvəl həmişə Qrupun ticarət sanksiyaları üzrə meneceri ilə məsləhətləşməlidir.

Bundan başqa, Qrupun ticarət sanksiyaları üzrə meneceri həmişə bildirişlər almalı və yüksək səviyyədə riskli ölkələrdə sazişi nəzərdən keçirən zaman icazə verdiyini göstərən imzanı qoymalıdır.

3.1.2. Orta səviyyədə riskli ölkələr

Sanksiyalara münasibətdə yoxlamalar potensial və ya mövcud işgüzar tərəfdaş orta səviyyədə riskli ölkənin vətəndaşı və ya rezidenti və ya həmin ölkənin qanunvericiliyi ilə qeydə alınan hüquqi şəxs olduğu halda aparılmalıdır, və

  • sazişə Karlsberq Qrupunun “qərb ölkəsinin” qanunvericiliyi ilə qeydə alınan hüquqi şəxs daxildirsə və ya
  • saziş Karlsberq Qrupunda qərarları qəbul edən şəxs – “qərb ölkənin” vətəndaşı tərəfindən sanksiyalaşdırılıb və ya təqdir olunubsa və ya
  • saziş ABŞ dollarındadırsa.

Bundan başqa, bu cür potensial və ya mövcud işgüzar tərəfdaşla (gözlənilən) illik dövriyyə 100000 avro təşkil edirsə, bu cür tərəfdaşın rəhbərləri, onun birbaşa və dolayı səhmdarları və səhmdarların rəhbərləri, həmçinin, cəlb edilən banklar yoxlamadan keçməlidir.

Yuxarıda göstərilən parametrlərdən asılı olmayaraq, orta səviyyədə riskli ölkələrdə və ya bu cür ölkənin vətəndaşı və ya rezidenti ilə və ya orta səviyyədə riskli ölkənin qanunvericiliyi ilə qeydə alınan hüquqi şəxslə iş aparmazdan əvvəl risklərin nəzərə alınması ilə icazənin alınması üçün yerli hüquqşünasla əlaqə saxlamaq lazımdır.

3.1.3. Aşağı səviyyədə riskli ölkələr

Yoxlamalar potensial və ya mövcud işgüzar tərəfdaş vətəndaş aşağı səviyyədə riskli ölkənin vətəndaşı və ya rezidenti və ya həmin ölkənin qanunvericiliyi ilə qeydə alınan hüquqi şəxs olduğu və bu cür tərəfdaşın illik dövriyyəsi 1 000 000 avro təşkil etdiyi hallarda aparılmalıdır və:

  • sazişə Karlsberq Qrupunun “qərb ölkəsinin” qanunvericiliyi ilə qeydə alınan hüquqi şəxs daxildirsə və ya
  • saziş Karlsberq Qrupunda qərarları qəbul edən şəxs – “qərb ölkənin” vətəndaşı tərəfindən sanksiyalaşdırılıb və ya təqdir olunubsa və ya
  • saziş ABŞ dollarındadırsa.

İşgüzar tərəfdaş, bu cür tərəfdaşın rəhbərləri, onun birbaşa və dolayı səhmdarları və səhmdarların rəhbərləri, həmçinin, cəlb edilən banklar yoxlamadan keçməlidir.

3.1.4. “Yaşıl” siyahıdan olan ölkələr

Əgər potensial və ya mövcud işgüzar tərəfdaş “yaşıl” siyahıdan olan ölkənin vətəndaşı və ya rezidentidirsə və ya həmin ölkənin qanunvericiliyə ilə qeydə alınan hüquqi şəxsdirsə, yoxlama tələb olunmur.

4. PİVƏBİŞİRMƏ AVADANLIĞI VƏ ŞƏXSİ İŞ KOMPÜTERLƏRİ

4.1. Pivəbişirmə avadanlığını və kompüterləri Qrupun ticarət sanksiyaları üzrə menecerinin əvvəlcədən razılığı olmadan Aİ / AİZ və İsveçrə hüdudlarından kənarda satmaq və ya hüdudlarından kənarda olan ölkələrə ixrac etmək qadağandır.

4.2. Yüksək riskli ölkələrə ezamiyyət zamanı əməkdaşlara şəxsi noutubuklarını və telefonlarını özləri ilə aparmaq qadağandır.

5. YOXLAMALARIN APARILMASININ MƏQSƏDƏUYĞUNLUĞU

5.1. Potensial və ya mövcud işgüzar tərəfdaşın və/və ya ona aid şəxslərin yoxlanılması zərurəti yarandığı zaman ticarət sanksiyaları üzrə Məlumata və yoxlamanın nəticələri Vərəqinə (Qrupun SharePoint səhifəsində mövcuddur) bu cür tərəflərin identifikasiyası üçün bütün əlçatan məlumatlar (ad, ünvan və s.) daxil edilir və tradesanctionscreening@carlsberg.com. elektron poçt ünvanı ilə göndərilir.

5.2. Əgər Qrupun ticarət sanksiyaları üzrə meneceri ilə başqa cür razılaşdırılmayıbsa, baş hüquq məsləhətçisi işgüzar tərəfdaş və ya əlaqəli tərəflərin sanksiyalara məruz qalıb-qalmadığını və məruz qalıbsa nə etməli olduğunu qeyd edərək mümkün olduğu qədər tez cavab göndərməlidir.

FUNKSİYALAR VƏ MƏSULİYYƏT SAHƏSİ 

Orqan / şöbə / şəxs

Funksiyalar və məsuliyyət sahəsi

İcra komitəsi

Siyasətin təsdiq olunmasına görə məsuliyyət

Baş hüquq məsləhətçisi

Siyasətə riayət olunmasına görə məsul şəxs. Karlsberq Qrupunda ticarət sanksiyaları ilə bağlı məsələlərə, həmçinin, İcra Komitəsinin / Audit üzrə komitənin / Müşahidə şurasının ticarət sanksiyaları ilə bağlı əhəmiyyətli risklər barədə məlumatlandırılması və onlara lazımi diqqətin təmin olunmasına görə İcra komitəsi qarşısında tam məsuliyyət daşıyır.

 

Rəqabətin qorunması üzrə şöbənin rəhbəri

Ticarət sanksiyalarının yerinə yetirilməsi Proqramına görə tam məsuliyyət

Ticarət sanksiyaları üzrə menecer

Ticarət sanksiyalarının yerinə yetirilməsi Proqramının hazırlanması, tətbiqi və ona dəstək olunmasına görə məsuliyyət. Siyasətin, bütün əlaqəli sənədlərin və proqramın yenilənməsinin təmin edilməsi, həmçinin, proqrama daima riayət olunması və onun tətbiqinin monitorinqi məqsədilə tədris materiallarının hazırlanması və yerli hüquqşünaslara təqdim olunmasına görə məsuliyyət. Ticarət sanksiyaları üzrə menecer yüksək səviyyədə riskli ölkələrdə, Qrupun baş ofisində və mərkəzləşdirilmiş satınalmaların funksional şöbələrində təlimə görə məsuliyyət daşıyır.

 

Baş ofisdə funksional rəhbərlər/ Nümayəndəliklərin rəhbərləri/regional və yerli rəhbərlik

Bu siyasətin yerinə yetirilməsi və ona riayət olunması və bütün müvafiq əməkdaşların bu siyasət və onun tələbləri ilə tanış olmasına görə məsuliyyət.

 

Karlsberq Qrupun bütün bölmələrinin rəhbərliyi, əməkdaşları və podratçıları

 

Yerli hüquqşünas orta və aşağı səviyyədə riskli ölkələrdə müvafiq əməkdaşların öyrədilməsinə görə məsuliyyət daşıyır. Məsuliyyət haqqında ətraflı məlumata Tələblər bölməsində bax.

 

 LÜĞƏT

Həyəcan siqnalı

Ticarət sanksiyalara münasibətdə risk və problemin əlaməti. Bu əlamətlər tərəfdaşla işgüzar əlaqəyə başlamazdan əvvəl nəzərə alınmalıdır. Həyəcan siqnalına aşağıdakılar daxildir:

  • İşgüzar tərəfdaşa və ya tədarük zəncirinin bir hissəsinə sanksiyaların tətbiq olunduğunun istənilən göstəricisi.
  • Yüksək və ya orta səviyyədə riskli ölkələrdə hərbi şəxslərlə əlaqələr
  • Yüksək və ya orta riskli səviyyədə ölkənin bazarında işgüzar tərəfdaş haqqında şayiələr.
  • Yükək səviyyədə riskli ölkələrdə dövlət / hakimiyyət / ictimai orqanlarla və ya rəsmi şəxslərlə əlaqələr
  • Adi ödəniş üsulu ilə həyata keçirilməyən ödənişlər və ya hesabın təqdim olunmasında dair sorğular və ya şərtlər
  • Tərəfdaş yüksək və ya orta səviyyədə riskli ölkələrdə digər tərəfin (məsələn, törəmə şirkətin) iştirakını tələb edir

Yoxlama

Müvafiq əməkdaşın sorğusu ilə ticarət sanksiyaları haqqında Məlumatın və yoxlama nəticələrinin Vərəqinin istifadə olunması ilə işgüzar tərəfdaş Qrupunun hüquqi şöbəsi tərəfindən aparılan yoxlama. 

SİYASƏTDƏN KƏNARÇIXMALAR

Müstəsna hallar istisna olmaqla, bu siyasətə heç bir istisnalar tətbiq edilmir. Qaydalara istisnalar üzrə bütün sorğular siyasətin yerinə yetirilməsinə görə məsul şəxsə yazılı surətdə təqdim olunur. Siyasətin yerinə yetirilməsinə görə məsul şəxs hər bir halı ayrı-ayrı qiymətləndirməli və qərar qəbul etməlidir. İstisnalar lazımi qaydada qeydə alınmalı və sənədlərlə əks olunmalıdır. 

SİYASƏTİN YENİDƏN NƏZƏRDƏN KEÇİRİLMƏSİ

Bu siyasət zərurət yarandıqda, lakin, minimum hər iki ildən bir yenidən nəzərdən keçirilir. Bu siyasətə İcra komitəsinin razılığı ilə istənilən vaxt dəyişikliklər edilə bilər. Siyasətin ingilis versiyası və tərcüməsi arasında ziddiyyət aşkar olunduğu təqdirdə, ingilis dilində olan versiya üstünlük təşkil edəcək.   Əlavə 1 (ölkələrin siyahısı) ölkə riskin bir kateqoriyasından digərinə keçən zaman yenilənir.

ƏLAQƏLİ SİYASƏTLƏR VƏ TƏLİMATLAR

  • Ticarət sanksiyalarının yerinə yetirilməsi üzrə Siyasətə Əlavə 1 – Ölkələrin siyahısı
  • Ticarət sanksiyaları haqqında məlumat və yoxlama nəticələrinin Vərəqi

ƏLAQƏDAR ŞƏXS

Qrupun ticarət sanksiyaları üzrə Meneceri

tradesanctionscreening@carlsberg.com