Menyu

RƏQABƏT HAQQINDA QANUNVERİCİLİYƏ UYĞUNLUQ SİYASƏTİ

GİRİŞ VƏ MƏQSƏD

Karlsberq qrupu fəal, lakin, eyni zamanda, dürüst rəqabəti dəstəkləyir. Biz rəqabət haqqında qanunları (həmçinin, antiinhisar qanunvericiliyi kimi tanınır) pozan biznesin aparılması praktikası ilə deyil, məhsullarımızın keyfiyyəti və insanlar vasitəsilə uğura nail olunduğuna inanırıq. Rəqiblərlə qiymətlərin təsbit edilməsi barədə müqavilələrin bağlanması kimi fəaliyyətlər bu qaydaları pozur. Bir çox digər fəaliyyət, məsələn, tədarük/bölüşdürmə barədə bəzi məhdudlaşdırıcı müqavilələr və ya rəhbər vəzifələrdə olmaqdan sui-istifadə, həmçinin, qaydaların pozulması hesab edilir.

Rəqabət qaydalarına riayət olunmaması Karlsberq Qrup və onun əməkdaşları üçün cinayət və mülki sanksiyaların tətbiq olunmasına, həmçinin, Qrupun işində böyük xətalara gətirib çıxara və Qrupun nüfuzuna zərər yetirə bilər. Rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması üzrə Təlimatın Pozulması intizam tənbehinə, hətta işdən çıxarılmağa qədər gətirib çıxara bilər.

Bu siyasət rəqabət haqqında müvafiq qanunlara riayət olunması çərçivələrini müəyyən edir. Tələblərə lazımi qaydada riayət olunmasının təmin etmək üçün əməkdaşlarımızın rəqabətin qorunması haqqında qanunvericilik barədə kifayət qədər biliyi olmalıdır. Bu siyasətin əsas tələbi müvafiq əməkdaşların rəqabətlə bağlı məsələlərin yarana biləcəyi halları müəyyən etmələri üçün rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması üzrə Rəhbərliklə tanış olmalarıdır. Siyasət həmçinin rəqabətin qorunması haqqında qanunlara münasibətdə hesabatlara olan tələbləri təyin edir.

İSTİFADƏ SAHƏSİ

Siyasət qlobal şəkildə Karlsberq Qrupun bütün bölmələrinin rəhbərlərinə, əməkdaşlarına və podratçılarına aid edilir.

Siyasət bütün aparıcı meneçerlər və xüsusilə a) qiymətqoyma və marketinq planlarına görə məsuliyyət daşıyan; b)rəqiblərin fəaliyyətinin monitorinqinə görə məsuliyyət daşıyan; c) ticarət assosiasiyalarının iclaslarını ziyarət edən; d) müştərilərlə daima əlaqədə olan; e) rəqiblərlə əlaqə saxlayan; və ya g)təhizatçılarla işləyən şəxlər üçün aktualdır.

Əgər Karlsberq Qrupu nəzarət etməyən səhmdar qismində mövcud müştərək müəssisələrdə iştirak edirsə, bu zaman, digər səhmdarlar Siyasətin Karlsberq üçün vacibliyi barədə məlumatlandırılmalıdır. Onlara bu siyasəti və ya müştərək müəssisənin analoji standartını tətbiq etmək tövsiyə olunur. Azlığın hüquqları əsasında yeni müştərək müəssisələrlə ehtimal olunan əməkdaşlıq qurulduğu halda, Karlsberq digər səhmdarları siyasəti və ya müştərək müəssisənin analoji standartını qəbul etmələrinə inandırmağa çalışacaq.

TƏLƏBLƏR

1.RƏQABƏT HÜQUQU SAHƏSİNDƏ BİLİKLƏR

1.1. Müvafiq əməkdaşlar bizim işlədiyimiz bazarlarda tətbiq olunan rəqabət hüququ sahəsində müvafiq bilikləri müəyyən etməli və onları qoruyub saxlamalıdır. Onlar bunu iki ildə ən azı bir dəfə rəqabət qorunması haqqında qanunvericilik məsələləri üzrə təlim kurslarını ziyarət etməklə, həmçinin, rəqabətin qorunması haqqında qanunvericiliyə riayət olunması üzrə Rəhbərliklə tanış olmaq və onu başa düşmək vasitəsilə edə bilər.

1.2. Rəqabətin qorunması haqqında qanunvericiliyə riayət olunması üzrə Rəhbərlikdə rəqabət hüququnun tələblərinə uymaq üçün Karlsberq Qrupun adından işlərin necə aparılmalı-aparılmamalı olduğu barədə tövsiyələr verilir. Məsələn:

* Karlsberq Qrupun rəqibləri ilə qiymətlər (o cümlədən, qiymətin istənilən komponentləri, məsələn, endirim və bonuslar), səlahiyyətlərə məhdudiyyətlərin qoyulması, tender nəticələri və ya müştərilərin və bazarların bölüşdürülməsi barədə müqavilələr bağlamaq qəti qadağandır.

* Rəqabətin qorunması üzrə bölmənin rəhbərinin icazə verdiyi hallar istisna olmaqla, Karlsberq Qrupun rəqibləri ilə məxfi kommersiya məlumatını paylaşmaq qəti qadağandır.

* Yenidən satışın qiymətini təyin etmək və ya müştərilərimiz üçün yenidən satışın minimal qiyməti barədə qərar qəbul etmək qəti qadağandır.

* Əgər Karlsberq Qrup bazarda lider mövqeyini tutursa, distribütor və ya müştərilərlə eksklüziv müqavilələr bağlamaq qəti qadağandır.

 * Əgər Karlsberq Qrup bazarda lider mövqeyini tutursa, eksklüzivlə eyni təsirə malik olan endirim və retrobonusların təqdim olunması qadağan oluna bilər.

1.3. İcazə verilən və qadağan olanlar barədə ətraflı məlumat rəqabətin qorunması haqqında qanunvericiliyə riayət olunması üzrə Rəhbərlikdə verilib. Bu Rəhbərlik bütün müvafiq əməkdaşlar üçün mütləqdir.

2. RƏQABƏT QANUNVERİCİLİYİ ÜZRƏ PROQRAM

2.1. Direktorlar yerli hüquq məsləhətçiləri ilə birlikdə rəqabət qanunvericiliyi proqramının yerli səviyyədə yerinə yetirilməsini təmin etməyə, bütün müvafiq əməkdaşların tətbiq olunan qaydalar barədə məlumatlandırılmasına görə müştərək məsuliyyət daşıyırlar. Eyni məsuliyyəti baş ofisin funksional bölmələri daşıyır (rəqabətin qorunması haqqında qanunvericiliyə riayət olunması üzrə bölmənin rəhbəri ilə birlikdə). Daha dəqiq şəkildə məsuliyyət aşağıdakılardan ibarətdir:

* Əmin olmaq ki, bu siyasət və Rəqabətin qorunması haqqında Təlimat yerli dilə tərcümə edilib və yerli veb-saytda dərci;

* Əmin olmaq ki, bu Siyasət və Rəqabətin Qorunması Haqqında Təlimat hər iki dildə, Azərbaycan və İngilis dillərində şirkətin internet səhifəsində yerləşdirilib.

* Əmin olmaq ki, yerli antiinhisar və rəqabət haqqında qanunvericiliyin bu siyasətlə ziddiyət təşkil edən tələbləri və bu Siyasətlə əhatə olunmayan hissələri bu Siyasətə əlavə edilib. Dəyişikliklər haqqında bu siyasətin tələbinə əsasən Rəqabət Departamentinin Rəhbəri həmin əlavə və dəyişikliklər əvvəlcədən razılaşdırmalıdır.

* Əmin olmaq ki, əvvəlki antiihisar və rəqabət haqqında daxili qaydalar və təlimatlar bu Siyayətə uyğundur. Fərqlər mövcud olduqda Rəqabət Departamentiin Rəhbəri həmin fərqləri bu siyasətin dəyişikliklər edilməsi qaydalarına əsasən razılaşdırmalıdır.

* Əmin olmaq ki, lazım olan əməkdaşlar ən azı iki ildə bir dəfə Rəqabət və Antiihhisar qaydaları haqqda təlimlər keçirlər. Bütün təlim materialları Rəqabət Hüququ Departamentinin Rəhbəri ilə razılaşdırılmalıdır ki, bütün məlumatların Carlsberg Group Rəqabət Proqramına uyğunluğu yoxlanılsın.

* Əmin olmaq ki, Rəqabət Departamentinin Rəhbərinin əlaqə məlumatları lazım olan əməkdaşlara bildirilmişdir. Məlumatlar bu Siyasətin yerli versiyasında və ya Rəqabətin Qorunması Haqqda Təlimatda, və ya şirkətin internet səhifəsində qeyd edilməlidir.

* Əmin olmaq ki, yeni əməkdaşlara onlar Karlsberq Qrupuna daxil olduqdan sonra altı həftə ərzində Rəqabətin Qorunması haqqında Təlimatın və bu Siyasətin surətləri və ya veb-sayta keçid təqdim edilmişdir. .

* Əmin olmaq ki, bütün nəzarət prosedurları nəzarət qaydalarına əsasən keçirilmişdir (qaydalar rəqabət hüququ internet səhifəsində yerləşdirilmişdir). Nəzarətin nəticələri Rəqabət Departamentinin Rəhbərinə bildirilməlidir.

3. MƏLUMATIN TƏQDİM OLUNMASI ÜZRƏ ÖHDƏLİKLƏR

Aşağıda qeyd etdiyimiz hesabat vermə öhdəliklərinə əməl etmək bütün işçilər və yerli hüquq məsləhətçiləri üçün vacibdir.

3.1. Bütün əməkdaşlar rəqabətin qorunması üzrə bölmənin rəhbərinə və baş hüquq məsləhətçisinə rəqabətin qorunması haqqında qanunvericiliyin faktiki və ya potensial pozulmaları və onlara məlum olan şikayətlər barədə dərhal məlumat verməlidirlər.

3.2. Birləşmələr barədə bildirişlərin yoxlanışının təmin edilməsi üçün rəqabətin qorunması üzrə bölmənin rəhbəri birləşmə və udmalara dair (o cümlədən minoritar səhmlərin əldə edilməsi / satışı barədə) bütün sazişlər və müştərək müəssisələr barədə vaxtında məlumat almalıdır.

3.3. Rəqabətin qorunması üzrə bölmənin rəhbəri rəqabətin qorunması üzrə orqanlardan istənilən şifahi və yazılı sorğular barədə vaxtında məlumat almalıdır.

3.4. Bütün əməkdaşlar rəqabətin qorunması haqqında qanunvericiliklə bağlı sualları və ya problemləri olduğu halda, yerli hüquqşünaslardan və rəqabətin qorunması üzrə bölmənin rəhbərindən vaxtında konsultasiya almalıdır.

4. ƏVVƏLCƏDƏN BİLDİRİŞ OLMADAN YOXLAMALAR

4.1. Bütün bazarlar qəfil yoxlamalara hazır olmalıdır. Hər ofisdə Rəqabətin qorunması haqqında qanunvericiliyə riayət olunması üzrə Rəhbərliyə əlavə olunan və qəbulda və qeydiyyatda işləyən əməkdaşlara təqdim olunan qəfil yoxlamalar üzrə təlimat olmalıdır. Həmçinin, bu əməkdaşlar hər iki ildən bir təlim keçməlidirlər.

LÜĞƏT

Xidməti kommersiya məlumatı

Strateji cəhətdən vacib məlumat, o cümlədən, qiymətlər (qüvvədə olan qiymətlər, endirimlər, əlavə məbləğlər, retrobonuslar, ixtisarlar), müştərilərin siyahıları, maya dəyəri, həcmlər, dövriyyələr, satışlar, istehsal gücü, keyfiyyət, marketinq planları, risklər, planlar, sərmayələr, texnologiyalar, tərtibat və tətbiq etmə proqramları və onların nəticələri.

Qəfil yoxlamalar

Rəqabətin qorunması üzrə orqanlar tərəfindən əvvəlcədən bildiriş olmadan yerində yoxlamalar.

SİYASƏTDƏN KƏNARÇIXMALAR

Müstəsna hallar və ya bu siyasətin açıq-aşkar şəkildə istifadə edilməməsi halları istisna olmaqla, bu Siyasətə və Rəqabətin Qorunması Haqqında Təlimata heç bir istisnalar qəbul edilmir. Bu Siyasətə və Rəqabətin Qorunması Haqqında Təlimata istisnalar üzrə bütün sorğular Rəqabət Hüququ Departamentinin Rəhbərinə yazılı surətdə təqdim olunmalıdır. Rəqabət Hüququ Departamentinin Rəhbərihər bir müraciəti ayrı-ayrı qiymətləndirməli və qərar qəbul etməlidir. İstisnalar lazımi qaydada qeydə alınmalı və sənədlərlə əks olunmalıdır.

SİYASƏTİN YENİDƏN NƏZƏRDƏN KEÇİRİLMƏSİ

Bu siyasət minimum hər iki ildən bir İcra komitəsi tərəfindən yenidən nəzərdən keçirilir və təsdiq edilir. Bu siyasətə İcra komitəsinin razılığı ilə istənilən vaxt dəyişikliklər edilə bilər. Siyasətin ingilis versiyası və tərcüməsi arasında ziddiyyət aşkar olunduğu təqdirdə, ingilis dilində olan versiya üstünlük təşkil edəcək.

ƏLAQƏLİ SİYASƏTLƏR VƏ RƏHBƏRLİKLƏR

* Hüquq və Əqli Mülkiyyət Hüququ Siyasəti

 * Rəqabətin Qorunması üzrə Təlimat.

ƏLAQƏDAR ŞƏXS

Rəqabətin Qorunması Departamentinin Rəhbəri