Menyu

Carlsberg Group-un təchizatçıları və lisenziatlarının davranış məcəlləsi

Giriş

Prioritetlərimiz

Carlsberg Group işgüzar etikanın ən yaxşı təcrübələrini tətbiq edərək cəmiyyətin inkişafına və ətraf mühitin mühafizəsinə müsbət töhfə verməyə çalışır.  Bu, bizə fəaliyyətimizə və biznes-strategiyamızın həyata keçirilməsinə məsuliyyətli yanaşmanı qoruyaraq maliyyə cəhətdən uğurlu olmaq imkanını verir. Biz öz etika normalarımızla fəxr edirik və təchizatçılarımız və tərəfdaşlarımızdan onlara riayət edəcəklərini gözləyirik.  Bu qaydada işləyərək səhmdarların və marağı olan digər tərəflərin, eləcə də əməkdaşlarımızın, işgüzar tərəfdaşlarımızın və fəaliyyətimizi həyata keçirdiyimiz regionların sakinlərinin marağında effektiv fəaliyyət göstərməyə çalışırıq.

Carlsberg Group BMT-nin Ümumdünya insan hüquqları bəyannaməsini dəstəkləyir və BMT-nin Qlobal müqaviləsinin iştirakçısıdır, yəni əmək hüquqları və insan hüquqları, sağlamlıq və təhlükəsizlik, ətraf mühitinin mühafizəsi və işgüzar etika sahəsində (korrupsiya ilə mübarizə daxil olmaqla) BMT-nin Qlobal müqaviləsinin 10 prinsipinə riayət edir.

Tətbiq sahəsi

Bu Məcəllə Carlsberg Group-un bütün təchizatçıları və lisenziatları (bundan sonra - "Təchizatçı" və ya "Təchizatçılar") üçün tərtib edilmişdir. Məcəlləyə riayət üzrə öhdəlik Carlsberg Group-la Təchizatçı arasında istənilən razılaşmanın ayrılmaz hissəsidir.

Məcəllənin müddəaları qeyri-rəsmi və müvəqqəti işçilər daxil olmaqla Təchizatçının bütün işçilərinə aid edilir. Təchizatçı öz təchizatçıları və onun adından fəaliyyət göstərən şəxslər tərəfindən hazırki Məcəlləyə riayətə, eləcə də Məcəllənin məzmunu haqqında məlumatlandırmaya və onun müddəalarına riayətə nəzarətə görə məsuliyyət daşıyır.  

Carlsberg Group Məcəllənin aktuallığı və effektivliyini müntəzəm olaraq yoxlayacaq və ona edilmiş bütün dəyişikliklər haqqında Təchizatçılara məlumat verəcək.

Hazırki Məcəlləyə və qanunvericiliyin tələblərinə riayət

Carlsberg Group-un təchizatçıları hazırki Məcəlləyə, eləcə də qüvvədə olan qanunvericiliyə riayət etməlidirlər. Məcəllənin və qanunvericiliyin müddəaları arasında ziddiyyətlər olduqda Təchizatçılar daha ciddi tələbləri olan müddəalara riayət etməlidirlər.  Təchizatçılar Carlsberg Group-un tələbi ilə Məcəlləyə və qüvvədə olan qanunvericiliyin müddəalarına riayət etdiklərinin təsdiqini təqdim etməlidirlər.

Carlsberg Group daima təkmilləşməyə səy göstərir və biz əminik ki, Təchizatçılarla uzun-müddətli və qarşılıqlı sərfəli münasibətlərin qurulması uğurumuzun təminatıdır.  Biz doğru və açıq ünsiyyətə dəyər veririk və hesab edirik ki, qarşılıqlı münasibətlərin effektivliyi birbaşa olaraq onların şəffaflığından asılıdır.  Biz gözləyirik ki, Təchizatçılar bu Məcəlləyə riayət edəcəklər və 1) bütün uyğunsuzluqların aradan qaldırılması üçün bütün zəruri tədbirləri vaxtı-vaxtında görəcəklərini və 2) Məcəllənin bütün pozuntuları haqqında Carslberg Group-un rəhbərliyinə və (və ya) hüquq departamentinə xəbər verəcəklərini öhdələrinə götürürlər.  Carlsberg Group Məcəlləyə Təchizatı tərəfindən riayət edilməsini yoxlamaq və Məcəllənin sistematik olaraq pozulması və ya Təchizatçı tərəfindən ona riayətin mümkün olmamasının qəbul edilməsi zamanı Təchizatçı ilə müqaviləni birtərəfli olaraq məhkəmədən kənar qaydada vaxtından əvvəl  ləğv etmək hüququnu özündə saxlayır.

  1. Əmək hüquqları və insan hüquqları

1.1 Ayrı-seçkiliyin yolverilməzliyi

Təchizatçı işçilərin ayrı-seçkiliyinə yol verməməyi öhdəsinə götürür.  Əmək münasibətləri sahəsindəki məsələlər üzrə həllərdə işə qəbul, işdən azad etmə, təqaüdə çıxma ilə əlaqəli məsələlər daxil olmaqla müstəsna olaraq obyektiv meyarlara əsaslanmalıdır.

1.2 Məcburi əmək

Təchizatçı məcburi əməkdən hər-hansı formada istifadə etməməyi öhdəsinə götürür.  İşçilərin iş vaxtı başa çatdıqdan sonra sərbəst hərəkət etmək və öz iş yerlərini tərk etmək imkanı olmalıdır.

Təchizatçı işçilərin şəxsiyyət vəsiqələrini və ya digər rəsmi sənədlərini qanunsuz olaraq özündə saxlamaqdan (götürmək) çəkinməyi və ya işə götürmənin şərtlərindən biri olaraq girov saxlamağı (depozit ödəməyi) tələb etməyi öhdəsinə götürür.

Təchizatçı Təchizatçının təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən insan hüquqları və azadlıqlarını məhdudlaşdırma cəhdlərinin qarşısını almağı öhdəsinə götürür.

1.3 Uşaq əməyi

Təchizatçı uşaq əməyindən istifadə etməməyi öhdəsinə götürür.

Qanunla daha yüksək minimal işə götürmə yaşı müəyyən edilmədikdə,15 yaşdan aşağı şəxslərin tam iş gününə işə götürülməsinə yol verilmir. 

Təchizatçı, nəticəsində sağlamlıq, təhlükəsizlik və ya əxlaqın riskə məruz qala biləcəyi işin təhlükəli şəraitlərdə yerinə yetirilməsini nəzərdə tutan vəzifələrə 18 yaşdan gənc işçiləri qəbul etməməyi öhdəsinə götürür.

1.4 Birləşmək və kollektiv müqavilələri bağlamaq azadlığı

Təchizatçı işçilərin həmkarlar ittifaqlarını yaratmaq və onlara daxil olmaq, eləcə də kollektiv danışıqlar aparmaq hüququna hörmət etməyi öhdəsinə götürür.

Təchizatçılar həmkarlar ittifaqının seçimində işçilərə təsir etməməyi öhdələrinə götürürlər, işçilərin yalnız həmkarlar ittifaqına məxsusluğuna görə işdən çıxarılmasına yol verilmir.

Sahədə rəsmi olaraq yaradılmış həmkarlar ittifaqı olmadıqda və ya təşkilatın yaradılması yalnız dövlət orqanının icazəsi ilə mümkün olduqda Təchizatçı işçilərin maraqlarının effektiv təmsil edilməsinin alternativ üsullarının yaradılmasına köməklik göstərməlidir.

1.5 Təhdidlər və sıxışdırmalar 

Təchizatçı işçiləri iş yerində həm həmkarları, həm də rəhbərləri tərəfindən istənilən fiziki, şifahi, cinsi və psixoloji sıxışdırma, təhqir və ya təhdidlərdən qorumağı öhdəsinə götürür.

1.6. İş vaxtı, kompensasiyalar və güzəştlər, əmək haqqı

Təchizatçı əmək haqqı, iş vaxtı, artıq iş vaxtı, kompensasiyalar və güzəştlərlə əlaqədar qüvvədə olan qanunvericiliyə və sahə standartlarına riayət etməyi öhdəsinə götürür.  İş vaxtı həftədə 48 saatdan çox olmamalıdır.  Normadan artıq iş saatlarında iş könüllü olmalı, həftədə 12 saatdan və ya müvafiq qanunvericiliklə yol verilən maksimal vaxtdan çox olmamalıdır.  Normadan artıq vaxtlarda iş daha yüksək dərəcələrlə ödənilməli və müntəzəm olaraq müvafiq mükafat ödənilməlidir.

İşçilərin həftədə ən azından bir istirahət gününə hüquqları var, işçilərə iş vaxtı ərzində kifayət qədər fasilə və növbələr arasında istirahət üçün vaxt verilməlidir.

Qanunvericiliklə başqa cür nəzərdə tutulmadıqda intizam tədbiri qismində əmək haqqından tutulmalara yalnız işçinin öz razılığı ilə yol verilir.  

1.7 Ödənişli məzuniyyət

İşçi  əmək qabiliyyətini müvəqqəti olaraq itirdikdə Təchizatçı işçinin iş yerini onun üçün saxlamağı, qüvvədə olan qanunvericiliyə uyğun olaraq işçiyə illik məzuniyyət, uşağa qulluq üçün məzuniyyət verməyi öhdəsinə götürür.  Uşağa qulluq üçün məzuniyyət götürən işçiləri işdən çıxarmaq və ya bununla hədələmək qadağandır. Uşağa qulluq üçün məzuniyyət götürən işçilərin əmək haqqının əvvəlki miqdarını, güzəştlər və kompensasiyalarını saxlamaqla əvvəlki iş yerinə qayıtmaq imkanları olmalıdır.

1.8. İşçi ilə əmək müqaviləsi

Təchizatçı hər işçi ilə yazılı formada, aydın ifadə edilmiş və icrası hüquqi baxımdan mütləq olan əmək müqaviləsi bağlamalıdır.  Müvəqqəti və mövsümi işçilərlə əmək müqaviləsinin şərtləri onların vəziyyətini daimi işçilərlə müqayisədə pisləşdirməməlidir.

  1. Sağlamlığın mühafizəsi və təhlükəsizlik

Təchizatçı işçilər üçün təhlükəsiz iş şəraitlərini, fərdi mühafizə vasitələrini təmin etməyi, işçilərə işlərin yerinə yetirilməsinin təhlükəsiz metodları və üsullarını öyrətməyi öhdəsinə götürür.  Təchizatçı fəaliyyətinin təsirinə məruz qalan işçilərin və digər şəxslərin mühafizəsi üçün görülən tədbirlərin müəyyən edilməsi ilə sağlamlığın mühafizəsi və təhlükəsizlik üzrə planları tərtib etməli və yerinə yetirməlidir. Bundan əlavə Təchizatçı fəaliyyətinin səbəb olduğu  və işçilər və digər şəxslər üçün, eləcə də ətraf mühit üçün təhlükəli olan zərərli təsiri müəyyən etməli, aradan qaldırmalı və nəzarət altında saxlamalıdır.

2.1 Məlumatlandırma sistemləri, qeydiyyat və bədbəxt hadisələr

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq təchizatçı işçilərin sağlamlığı və əməyin mühafizəsi ilə əlaqədar məsələlərin, baş vermiş bədbəxt hadisələrin, xəsarətlərin və iş yerində təhlükəsizlik və sağlamlığın riskə məruz qaldığı digər məlum hadisələrin vaxtında və tam qeydiyyatı məsələləri üzrə məlumat və məsləhət vermənin effektiv sistemlərini hazırlamalı və işini dəstəkləməlidir.

2.2 Sanitar-gigiyena tələbləri

Təchizatçı həm iş yerinə, həm də yaşayış yerlərinə (Təchizatçı tərəfindən təqdim edilirsə) qarşı sanitar-gigiyena tələblərinə (işçilərin sayına və onların tələbatlarına uyğun olaraq) riayəti (tualetlərə giriş imkanı, içməli suyu əldə etmə imkanı daxil olmaqla), eləcə də zəruri hallarda qida məhsullarının saxlanılması üçün sanitar-gigiyenik şəraitləri yaratmağı təmin etməlidir.

2.3 Qəzalar və fövqəladə situasiyalar

Təchizatçı həyat və sağlamlıq və ya ətraf mühit üçün potensial olaraq təhlükəli qəza və fövqəladə situasiyaların qarşısının alınmasına yönəlmiş prosedurları hazırlamalı və dəstəkləməlidir.

  1. Ətraf mühit

Təchizatçı ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin öz təsərrüfat fəaliyyəti, buraxdığı məhsul, göstərdiyi xidmət ilə əlaqədar tələblərini bilməli və onlara riayət etməlidir.   Təchizatçı müvafiq personalın daimi təlimi, öz təsərrüfat fəaliyyətinə əməliyyat nəzarəti və monitorinq vasitəsilə ətraf mühitin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə riayəti təmin etməlidir.

3.1 Ətraf mühitin mühafizəsi məsələlərinin idarə edilməsi

Təchizatçı ətraf mühitə mənfi təsirin aradan qaldırılması üzrə sistematik iş həyata keçirməyi, ətraf mühitə mənfi təsirin nəticələrinin minimuma endirilməsi və aradan qaldırılmasına yönəlmiş effektiv sistemi tətbiq etməyi və ondan istifadə etməyi, eləcə də ətraf mühitə göstərilən mənfi təsir haqqında məlumat verməyi öhdəsinə götürür.   Təchizatçı məhsulun istehsalı və təchizatının bütün zəncirində ekoloji göstəricilərin yaxşılaşdırılması məqsədilə öz təchizatçıları ilə iş vasitəsilə və digər üsullarla ətraf mühitə mənfi təsiri daima azaltmağı öhdəsinə götürür.

3.2 Hava və suyun çirklənməsi, səs çirklənməsi

Təchizatçı atmosferə tullantıları, səs çirklənməsinin səviyyəsini, tullantıların torpağa atılması və çirkab sularının axıdılmasını tənzimləyən qüvvədə olan qanunvericiliyə riayət etməlidir

3.3 Tullantılar

Təchizatçı tullantıların sinfinə  və yaranan həcminə nəzarət məqsədilə təhlükəli və təhlükəsiz tullantıların siyahısını tərtib etməyi və tutmağı öhdəsinə götürür.  Təchizatçı həmçinin tullantılarla təhlükəsiz davranışın, tullantıların daşınması və utilizasiyası prosedurunu müəyyən etməlidir. 

Səlahiyyətli orqanların icazə vermədiyi hallarda təhlükəli tullantıları zibilliklərə atmağa və ya meydançada yandırmağa yol verilmir. Təhlükəsiz tullantıların zibilliyə atılması və ya meydançada yandırılması zamanı müvafiq normativ tələblərə riayət etmək lazımdır.

Təchizatçının kimyəvi maddələrin satınalmaları, saxlanılması, onlarla davranışı və onlardan təhlükəli maddələrin ifrazı ilə istifadəni tənzimləyən yazılı metodikası olmalıdır.

  1. İşgüzar etika

4.1 Korrupsiya və rüşvətxorluq

Təchizatçı öz təsərrüfat fəaliyyətinin prosesində korrupsiya ilə mübarizə haqqında qüvvədə olan qanunvericiliyə riayət etməli və xüsusilə 1) dövlət xadimlərinə, biznes tərəfdaşlarına, eləcə də istənilən üçüncü şəxslərə pul vəsaitinin vəd edilməsi, təklif edilməsi və ya təqdim edilməsi, birbaşa və ya dolayısıyla, rüşvətin, kommersiya xarakterli rüşvətin, və pul vəsaitinin və ya maddi və ya digər mənfəətin veriləcəyinə   dair digər qanunsuz vədin verilməsi vasitəsilə qanunsuz üstünlüklərin (əldə edə biləcəyindən əmin ola bilmədiyi üstünlüklərin) alınmasından; 2) qanunsuz üstünlüklər almaq və ya kommersiya qərarlarının verilməsinə təsir göstərmək məqsədilə korrupsiyanın digər formalarına, zorakılığa, oğurluğa və ya fırıldaqçılığa cəlb olunmaqdan çəkinməlidir.  Təchizatçı öz işçilərini və tərəfdaşlarını korrupsiya ilə mübarizə haqqında qanunvericiliyin müddəaları ilə tanış etməyi öhdəsinə götürür.  

4.2 Hədiyyələr və əyləncələr

Təchizatçı Carlsberg Group-un əməkdaşları tərəfindən kommersiya qərarlarının qəbuluna təsir etmək məqsədilə onlara maliyyə yardımı göstərməkdən, ianələr, dəyərli hədiyyələr verməkdən, ekstravaqant əyləncələr təşkil etməkdən və ya digər qonaqpərvərlik əlamətlərini ifadə etməkdən çəkinməyi öhdəsinə götürür.  Təchizatçı Carlsberg Group-un əməkdaşlarına təklif edilən hədiyyə və əyləncələrin şəffaflığını və qanuni xarakter daşımasını təmin etməlidir.