Menyu

ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİ

GİRİŞ

Carlsberg Group insanların sağlamlığı və firavanlığını fəal şəkildə qoruyub saxlamağa, sağlam və təhlükəsiz iş mühitini, aktivləri və ətraf mühitin ən yüksək səviyyədə qorunması və qorunub saxlanmasını təmin etməyə çalışır.

Carlsberg Group sıfır bədbəxt hadisə mədəniyyətini təbliğ etməyə çalışır və fəaliyyəti üçün potensial risklərin, o cümlədən sağlamlıq və təhlükəsizlik üçün texnoloji və peşə risklərinin qiymətləndirilməsi və onlara nəzarətlə bağlı bütün səmərəli tədbirləri görür.

Bu siyasət istehsalat zədələri və xəstəliklərinin, istehsalat qəzalarının qarşısını almaq və fəaliyyət göstərdiyimiz cəmiyyətlərdə insanları qorumaq üçün Carlsberg Group-un bütün kommersiya fəaliyyətində əməyin mühafizəsi və təhlükəsizliyin idarə olunmasına dair əsas tələbləri müəyyən edir və bununla riskləri aradan qaldırır və ya azaldır.   

TƏTBİQ SAHƏSİ

Hazırkı siyasət Carlsberg Group-a daxil olan bütün şirkətlərin heyətinə Carlsberg Group-un meydançaları və onlardan kənarda vəzifələrin icrası zamanı qlobal səviyyədə şamil olunur. Həmçinin, o Carlsberg Group-un meydançalarında olan podratçı, təchizatçı və ictimaiyyət nümayəndələrinə şamil olunur.

Carlsberg Group nəzarət etməyən səhmdar qismində birgə müəssisələrdə iştirak etdikdə, digər səhmdar (səhmdarlar) bu Siyasətin Qrup üçün əhəmiyyəti barədə mütləq məlumatlandırılmalıdır. Digər səhmdarlara həmçinin bu Siyasəti və ya onun analoji standartını birgə müəssisəyə münasibətdə tətbiq etmək tövsiyə olunur. Yeni azlıq təşkil edən birgə müəssisələrin yaradılması zamanı Carlsberg digər səhmdarın (səhmdarların) bu siyasəti və ya onun analoji standartını birgə müəssisədə qəbul etməsi üçün çalışacaq.

TƏLƏBLƏR

1      ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİ İDARƏETMƏ SİSTEMİ

1.1 Carlsberg Group-un meydançaları tətbiq sahəsi bu siyasətdəki ilə eyni olan OHSAS 18001 (və ya onun əvvəlki versiyası 45001) uyğun sertifikatlaşdırılmış əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminə malik olmalıdır.

1.2  Uyğunluğun və səmərəliliyin artırılması məqsədi ilə qlobal miqyasda bir neçə meydança üçün inteqrasiya olunmuş sistemlər dəstəklənir (məsələn, Əməyin mühafizəsi və təhlükəsizlik, Ətraf mühit və  keyfiyyət).

2      ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİYİN TƏŞKİLİ

2.1 Sıfır bədbəxt hadisə ilə güclü mədəniyyətin qorunub saxlanması üçün Carlsberg Group bütün müvafiq əməkdaşlara mütəxəssis konsultasiyaları verən əməyin mühafizəsi və təhlükəsizlik üzrə yerli təşkilatlar yaradır.

3      HADİSƏLƏR BARƏDƏ MƏLUMAT VƏ ONLARIN TƏHLİLİ

3.1 Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində bütün müvafiq hadisələr, o cümlədən istehsalat zədələri və xəstəliklər, texnoloji təhlükəsizliklə əlaqəli hadisələr yerli qanunvericiliyin tələbləri, həmçinin Carlsberg Group  standartları və proseduralarına uyğun olaraq qeydə alınmalı, təhlil olunmalı və onlar barədə məlumat verilməlidir.

3.2  Rəhbərlik lazımi təsnifatı, hesabatlılığı, məlumatın təqdim olunmasını, təhlili və gələcəkdə tədbirlərin görülməsini təmin edərək hadisələr barədə məlumatları dəqiqliklə təsbit etməlidir.

3.3  Rəhbərlik bədbəxt hadisənin fəsadlarının və onun təkrarlanmasının qarşısının alınması üçün məqsədəuyğun və lazımi tədbirlərin görüləcəyinə zəmanət verməlidir.

4      SİYASƏTƏ RİAYƏT OLUNMASI

4.1 Carlsberg Group-un bütün törəmə şirkətləri milli qanun və normaları, həmçinin bu siyasətin müddəaları, Qrupun zərərin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik standartlarına əməl etməlidir.

4.2  Bu siyasət və milli qanunvericilik və ya tətbiq olunan digər standartlar arasında ziddiyyət olduqda, daha ciddi tələblər tətbiq olunmalıdır. Hər hansı şübhə yarandıqda, bu cür hallar Qrupun Əməyin Mühafizəsi və Təhlükəsizlik Şöbəsi və Hüquq Şöbəsi tərəfindən birgə qiymətləndirilməlidir.

 5      TƏHLÜKƏSİZLİK TEXNİKASI QAYDALARI

5.1 Təhlükəsizlik texnikası qaydaları – Carlsberg Group-un tarixi və ya sahədə ümumi təcrübədə baş verən ciddi və/və ya ölümlə nəticələnmiş bədbəxt hadisələrə əsaslanan, həyat üçün ciddi təhlükə yaradan fəaliyyət sahələrində iş qaydalarıdır.

5.2  Bütün əməkdaşlar hər zaman təhlükəsizlik texnikası Qaydalarına əməl etməlidir. Qaydaların qəsdən pozulması işdən azadolunmaya qədər intizam tədbirlərinə gətirib çıxara bilər.

Carlsberg-in ən vacib qaydaları

1

Hər zaman yol hərəkəti qaydalarına, o cümlədən meydançada yol hərəkəti və zavoddaxili nəqliyyat vasitələrinin işi üçün səciyyəvi olan qaydalara əməl edin.

 

2

Hər zaman bloklama/plomblama proseduralarına əməl edin

 

3

Mexanizmlərin qoruyucu bloklaması və/və ya işləyən avadanlıqla quraşdırılmış baryerləri heç vaxt zədələməyin, ötüb keçməyin və ya sökməyin

 

4

Hər zaman hündürlükdə işə şamil olunan qayda və tələblərə əməl edin və yerə düşməkdən qorunmaq üçün lazımi avadanlıqdan istifadə edin.

5

Hər zaman qapalı məkanda iş qaydaları və tələblərə əməl edin.

 

6      QƏZA HALLARINDA TƏDBİRLƏRİN VƏ REAKSİYAVERMƏNİN PLANLAŞDIRILMASI

6.1  Qəza hallarında reaksiyavermə proseduraları hər il Carlsberg Group-un bütün meydançalarında müəyyən olunmalı, dəstəklənməli və yoxlanılmalıdır. Bu proseduralar meydançadakı heyət və yaxınlıqdakı ərazilər üçün fəsadların minimuma endirilməsi məqsədilə qəza hallarında görülməli olan müvafiq tədbirləri təsvir etməlidir.

6.2  Bütün müvafiq əməkdaşlar, o cümlədən, Carlsberg Group-un meydançalarını ziyarət edən podratçılar və ictimaiyyət nümayəndələri üçün fövqəladə hallarda davranışla bağlı təlim və təlimat keçirilməlidir.

6.3  Carlsberg Group-un meydançaları cəmiyyət səviyyəsində qəza hallarında reaksiyavermənin səmərəli planlaşdırılmasını təmin etmək üçün müvafiq məlumat təqdim edərək, yerli icma və onların qəza xidmətləri ilə qarşılıqlı əlaqədə olmalıdır.

6.4  Qəza ssenariləri böhran ssenarilərinə çevrilə bilər. Carlsberg Group-un böhranların idarə olunması Siyasəti (CGCMP) və proseduralar böhranların idarəolunması proseslərinin strukturu və tələblərini təsvir edir.

7      LİDERLİK VƏ İŞTİRAK

Biznesin idarə olunmasının ayrılmaz hissəsi kimi bütün səviyyələrin rəhbərləri effektiv rəhbərlik və inamla iş yerində əməyin mühafizəsi və təhlükəsizliyiə görə məsuliyyət daşıyır. Onlar nümunə kimi çıxış etməli və əməkdaşların əməyin mühafizəsi və təhlükəsizlik sahəsində proqram və təşəbbüslərdə fəal iştirakını təmin etməlidir.

Eyni zamanda, əməkdaşların sabit sıfır bədbəxt hadisə mədəniyyətinə öz töhfələrinə verərək bu tədbirlərə cəlb olunması gözlənilir.

7.1 Bütün əməkdaşların rəhbərləri işi müntəzəm olaraq müşahidə etməli, təhlükəsiz davranışı təşviq edərək və təhlükəli şəraiti, davranışı aradan qaldıraraq komandalarına əks əlaqə verməlidir.

7.2  Əməkdaşların hüquqları:

  • fəaliyyətə davam etməyin kifayət qədər təhlükəsiz olmadığını hesab etdikləri hallarda, səlahiyyətli şəxs riskin idarə olunması ilə bağlı müvafiq tədbir görənədək istehsalat, anbar və bölüşdürmədə fəaliyyəti və/və ya istənilən tapşırığın icrasını dayandırmaq;

  • təhlükəli iş şəraiti barədə xəbər vermək;

  • müşahidə etdikləri istənilən təhlükəli hərəkətlərə yol verməmək;

7.3 Davranışın müşahidə olunması və əks əlaqə proqramları təhlükəli şərait və davranışla yanaşı, bütün müvafiq meydançalarda həyata keçirilməlidir.

7.4  Bütün meydançalarda əməkdaşlar, podratçılar və digər maraqlı tərəflərlə əməyin mühafizəsi və təhlükəsizlik məsələləri ilə bağlı fəal ünsiyyət üçün sistemlər mövcud olmalıdır.

8      PODRATÇILARIN FƏALİYYƏTİNİN İDARƏ OLUNMASI

8.1 Əməyin mühafizəsi və təhlükəsizliyin idarə olunması hər zaman təchizatçı və podratçı seçimi proseslərində nəzərə alınmalıdır. Müqavilələrdə əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə əməl olunması tələbi aydın şəkildə  müəyyən edilməlidir.

8.2  Podratçılar və Carlsberg Group-un meydançalarına daxil olan digər üçüncü şəxslər kifayət qədər aktual məlumata sahib olmalı, təlimdən keçmiş olmalı və vəzifələrinin risksiz icrası üçün lazımi qaydada hazır olmalıdır.

8.3  Podratçılar Carlsberg meydançalarında olan zaman Carlsberg Group-da qəbul olunan bütün qayda və proseduralara əməl etməlidir.

 VƏZİFƏ ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏT

Orqan/funksiya/əməkdaşlar

Vəzifə öhdəlikləri və məsuliyyət

İcra Komitəsi (ExCom)

Siyasətin təsdiqlənməsinə görə cavabdehdir.

Carlsberg-in tədarük zənciri üzrə icraçı vitse-prezidenti (CSC xidməti)

Siyasətə görə məsul şəxsdir, onu təsdiq edir və həyata keçirilməsini təmin edir.

Qrupun Əməyin Mühafizəsi və Təhlükəsizlik Şöbəsi

Siyasətin sahibidir, İcra Komitəsi (ExCom) qarşısında Carlsberg Group-da əməyin mühafizəsi və təhlükəsizlik məsələlərinə görə tam məsuliyyət daşıyır, həmçinin Qrupda sağlamlıq və təhlükəsizlik üçün risklərin müəyyən edilməsi və İcra Komitəsinə onlar barədə məlumat verilməsinə görə cavabdehdir. Qrupun əməyin mühafizəsi və təhlükəsizlik sahəsində strategiyası, təlimat, səmərəliliyin idarə olunması, idarəetmə sistemi, siyasəti və standartlarına görə ümumi məsuliyyət daşıyır.

Qrupun vitse-prezidentləri (Group VPs) / Ölkələr üzrə idarəedici direktorlar (Country Managing Directors) / İstehsalat üzrə direktorlar (PDs) / Tədarük zənciri üzrə direktorlar (Customer Supply Chain Directors) / Regional və yerli rəhbərlər

Qaydalara əməl edərək nümunə olmağa, hazırkı siyasət və müvafiq standartlara əməl olunması, həmçinin bütün əməkdaşların siyasət və onun tələbləri ilə tanış olmasına görə cavabdehdir. Sağlamlıq və təhlükəsizlik üçün risklərin lazımi qaydada qiymətləndirilməsi, onlara nəzarət olunması və bütün müvafiq əməkdaşların öz vəzifələrini risksiz və müşayiətedici risklər və tətbiq olunan nəzarət metodları barədə kifayət qədər biliyə yiyələnərək lazımi təlimdən keçməsini təmin edir.

 

Carlsberg Group-a daxil olan bütün şirkətlərin rəhbərliyi, əməkdaşları və ştatdankənar işçiləri, o cümlədən, podratçılar, təchizatçılar və ziyarətçilər

Bu siyasətə əməl olunması və əməyin mühafizəsi və təhlükəsizliklə əlaqəli istənilən insident, texnoloji təhlükəsizlik və məqbul olmayan iş şəraiti ilə əlaqəli hadisələr barədə məlumatlandırmaya görə cavabdehdir.

 QLOSSARİ

Carlsberg Group-un meydançası

Carlsberg Group-un törəmə şirkətlərinin bilavasitə idarə etdiyi və ya Qrupun adından tikinti və/və ya quraşdırma işləri aparılan istənilən mənsub olan və ya icarəyə götürülmüş yer.

Böhran

Planlaşdırılmayan və ya şirkətin hazırlıqlı olmadığı vəziyyət, həmçinin hazırlıqların hadisənin miqyasına uyğun olmadığı, fəsadların isə şirkətin nüfuzu və strateji məqsədlərinə ciddi ziyan vurduğu hallar.

İstehsalat təhlükəsizliyi

İstehsalat təhlükəsizliyi təhlükəli maddə və ya enerjinin çıxması təhlükəsi olan hadisələrin qarşısının alınması və ya onlara nəzarətlə əlaqəlidir. Bu cür hadisələr toksiki təsir, yanğın və ya partlayışa və nəticədə ciddi zədələr, maddi ziyan, istehsalat itkiləri və ətraf mühitə təsirə səbəb ola bilər.

OHSAS 18001 / ISO 45001

Təşkilatlara sağlamlıq və təhlükəsizlik üçün risklərin müəyyən edilməsi və onlara nəzarət, bədbəxt hadisələrin yaranma ehtimalının azaldılması, qanunvericiliyə əməl olunması və fəaliyyətin səmərəliliyin artırılması  üçün əsas verən əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üçün beynəlxalq standartlar.

SİYASƏTİN MÜDDƏALARINDAN YAYINMA

Hazırkı Siyasətin tətbiq olunmasının mümkün olmadığı hallar və ya fövqəladə hallar istisna olmaqla, bu Siyasətdən istisna nəzərdə tutulmayıb.

SİYASƏTİN YENİDƏN NƏZƏRDƏN KEÇİRİLMƏSİ

Hazırkı siyasət iki ildən bir 1 dəfədən az olmayaraq İcra Komitəsi tərəfindən nəzərdən keçirilməli və təsdiqlənməlidir. Siyasətə dəyişikliklər istənilən vaxt İcra Komitəsinin razılığı ilə edilə bilər. Siyasətin ingilis dilində olan versiyası və tərcüməsi arasında ziddiyyət yarandıqda, ingilis dilində olan versiya üstünlük təşkil edəcək.

ƏLAQƏLİ SİYASƏT VƏ TƏLİMATLAR

  • Carlsberg (COM) əməliyyat təlimatı;

  • Əməyin mühafizəsi və təhlükəsizlik standartları, ziyanın qarşısının alınması standartları;

  • Əməyin, ətraf mühitin mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində yüksək göstəricilərə nail olmaq üçün proqram SHAPE (Safety, Health and Environment Assessment Program Excellence);

  • Alkoqollu içkilərin məsuliyyətli istehlakı siyasəti;

  • Böhranın idarə olunması siyasəti;

  • Risklərin idarə olunması siyasəti;

  • Sığortaya dair təlimat;

  • Təhlükəsizlik siyasəti;

  • İşgüzar səfərlərin təhlükəsizliyinə dair təlimat.

ƏLAQƏ

Ətraflı məlumat əldə etmək üçün Qrupun Əməyin Mühafizəsi və Təhlükəsizlik Şöbəsinə müraciət edin.