Menyu

Xammal və materialların planlaşdırılması və çatdırılması üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Xammal və materialların satın alınması və çatdırılması üzrə planlaşdırma prosesinin idarə edilməsi
  • Təsdiq olunmuş istehsal planlarına uyğun olaraq tələb olunan miqdarda və çeşiddə xammal və materialların tədarükü üçün sifarişlərin verilməsi və onların vaxtında icrasına nəzarət edilməsi
  • Xammal və materialların şirkətin anbarlarına çatdırılmasının təşkili və bu prosesə nəzarət, tədarük olunan mallar üzrə bütün müşayiətedici sənədlərin mövcudluğuna və onların vaxtında gömrük rəsmiləşdirilməsinə təhvil verilməsinə nəzarət
  • Şirkətin anbarlarında normativ xammal və material ehtiyatlarının daimi mövcudluğunun təmin edilməsi və nəzarət
  • Xammal və materialların satın alınması və daşınma xərcləri üzrə Şirkətin büdcəsinə riayət olunmasına nəzarət.

 

Namizədlərə tələblər

  • Ali təhsil (iqtisadi və ya riyazi sahədə arzuolunanadır)
  • Planlaşdırma, logistika və ya satınalma sahəsində ən az 2 il iş təcrübəsi
  • Azərbaycan və rus dili (mükəmməl səviyyədə), ingilis dili biliyi (Upper Intermediate-dən az olmayan səviyyədə)
  • Microsoft Office proqramlarında işləmək bacarığı.

 

Tələb olunan bilik və bacarıqlar: 

  • sənədlərlə işləmək bacarığı
  • fəaliyyətinizi planlaşdırmaq bacarığı
  • fəaliyyətiniz haqqında hesabat vermək bacarığı
  • komputer proqramlarında (MS Office) sərbəst işləmək bacarığı
  • statistikanın əsasları
  • liderlik bacarıqları
  • logistikanın əsasları
  • inventarların idarə edilməsi xüsusiyyətləri
  • nəqliyyat qanunvericiliyi
  • müqavilələrin bağlanması və icrası qaydası.

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV-zi buraya, göndərməyinizi xahiş edirik.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.