Menyu

Ticarət Marketinqi üzrə Mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Ticari tədbirlər üzrə kompleks təqvimin hazırlanması və həyata keçirilməsi
  • Satış kanallarının təhlili, satış kanalları üzrə fərdi mexanikanın hazırlanması, digər kateqoriyalar da daxil olmaqla marketinq fəaliyyətinin təhlili
  • Bazarın monitorinqi və təhlili, rəqabət mühitinin araşdırılması;
  • Müştərilərə, son istehlakçılara və satış personalına yönəlmiş ticari marketinq üzrə tədbirlərin hazırlanması, təşkili, tətbiqinə nəzarət (qısa təlimatların yazılması, təqdimatların və proqramların həyata keçirilməsinə dair sənədlərin hazırlanması və s.)
  • Maliyyə, büdcə və layihə üzrə hesabatların tərtib edilməsi; layihələrin işə salənması üçün zəruri sənədlərin tərtib edilməsi və razılaşdırılması (əmr, ROIC iqtisadi əsaslandırmanın hesablanması, satış şöbəsi üçün təqdimat, daxili qeydlərin aparılması və s.)
  • TM üzrə həyata keçirilmiş proqramların effektivliyinin təhlili və nəticələrin CPM (Cycle Planning Meeting) iclasları çərçivəsində əlaqələndirilməsi
  • Fəaliyyəti müzakirə etmək və razılaşdırmaq, habelə işgüzar görüşlərin nəticələrinə əsasən fəaliyyət planına düzəlişlər etmək məqsədilə əlaqədar şöbələrlə qarşılıqlı əlaqələr qurmaq
  • Maraq göstərən işçilərə ticarət tədbirlərinin işə salınması üzrə planları vaxtında bildirmək
  • Ticari marketinq üzrə tədbirlərlə əlaqələndirmək məqsədilə satışların proqnozlaşdırılması prosesində iştirak etmək
  • Off-Trade kanalında (çeşidli matrislər, planoqramlar və s.) merçandayzinq standartlarının hazırlanması və onların aktual qalması məqsədilə yenilənməsi
  • POS-materialların planlaşdırılması və onların hazırlanmasında iştirak

Namizədlərə tələblər:

  • Ali təhsil – Marketinq sahəsində arzu olunandır
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək
  • Ticari marketinq sahəsində ən az 3 il iş təcrübəsi (böyük FMCG şirkətində arzu olunandır)
  • Satış kanallarının xüsusiyyətlərini anlamaq (FMCG seqmenti)
  • Satışların təşviqi, habelə ticarət sahəsində işçilərin və son istehlakçıların həvəsləndirilməsi üçün tətbiq olunan üsul və vasitələrin biliyi və təcrübəsi
  • Böyük həcmli məlumatla işləmək bacarığı
  • Effektiv planlaşdırma (proqnozlaşdırma) və satış təhlili bacarıqları
  • Effektiv ünsiyyət, danışıq və təqdimat bacarıqları
  • Hesabat tərtib etmə bacarığı
  • Təşkilati bacarıqlar

 Bilik və bacarıqlar:

  • İngilis dili: orta – orta səviyyədən yuxarı (orta səviyyədən aşağı)
  • Analitik düşüncə, detallara diqqət
  • Proaktiv, məqsədyönlü
  • Məsuliyyət, canfəşanlıq, çalışqanlıq
  • Səmimiyyət, dürüstlük, qeydkeşlik
  • Eyni zamanda bir çox vəzifə yerinə yetirmək bacarığı, normalaşdırılmamış iş rejiminə hazır olma

Əlaqə:  

  •  Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və eyni zamanda çətin vəzifəyə müraciət etmək istəyirsinizsə, CV-nizi məktubun başlığında vəzifənin adını qeyd edərək HR_CV@carlsberg.az ünvanına göndərin.