Menyu

Tələbin proqnozlaşdırılması və satış planlaması üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • qısamüddətli və ortamüddətli satışın proqnozlaşdırıılması və planlaması
  • proqnozlaşdırmanın dəqiqliyinin artırılması üçün imkan/alqoritm axtarışı
  • illik büdcələmə və “Estimate”-lərin hazırlanması
  • yeni məhsulların buraxılması zamanı satış planlamasının koordinasiyası
  • operativ hesabatların aparılması, təhlil və dayanıqlı fəaliyyət üçün lazım olan cədvəl və qrafiklərin tərtib olunması

 

Namizədlərə tələblər:

  • Ali təhsil (riyazi/iqtisadi/texniki)
  • Satış və ya marketinq xidmətinin analitik bölmələrində, logistika və ya planlama strukturunda ən azı 2 il iş təcrübəsi
  • Qabaqcıl MS office istifadəçisi
  • Azərbaycan dili, Rus dili bilikləri-dil daşıyıcısı səviyyəsində; ingilis dili – Intermediate və daha yuxarı səviyyə

 

Bilik və bacarıqlar:

  • qısamüddətli və ortamüddətli proqnozun vaxtında və tam hazırlanması
  • proqnozlaşdırma və planın kanallar/müştərilər üzrə bölüşdürülməsi dəqiqliyi
  • brend və ticarət marketinq tədbirləri haqqında məlumatların vaxtında və düzgün uçotu
  • şöbənin layihə işində iştirak
  • planlama proseslərinin inkişaf etdirilməsi

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub buraya göndərməyiniz xahiş olunur:


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.