Menyu

Tədqiqat və İnnovasiyalar üzrə Menecer

Əsas vəzifə öhdəlikləri:

1.      Tədqiqatlar:  Şirkətin marketinq strategiyasının həyata  keçirilməsi ilə əlaqəli qərarların qəbul edilməsi üçün məlumatların sistematik şəkildə toplanmasını təşkil edir. Sahə şəraitində, fokus-qruplarda tədqiqatların aparılması, sual kitabçaları, anket, sorğuların, sınaqların nəticələrini əks etdirən digər sənədlərin və s. hazırlanması işinə nəzarət edir.

2.      Çeşidlərin idarə olunması: CBAZ çeşidlərinin effektivliyini təhlil edir, optimallaşdırma üçün zəif yerləri/imkanları müəyyən edir. Yeni məhsulların buraxılması, xərclərin optimallaşdırılması, de-listinq və s. üzrə biznes keyslərinin hesablamalarını aparır. Qlobal sistemlərdə məlumatların aktuallığını təmin edir.

3.      Planlama, büdcələmə və proqnozlaşdırma: İllik və strateji marketinq planlarının işlənib hazırlanmasında iştirak edir. Tədqiqatların aparılması üçün büdcəni idarə edir, həmçinin ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət edir və maliyyə hesabatlarını hazırlayır.

4.      Məlumatları təhlil edir və CBAZ marketinq strategiyasının müəyyən edilməsi üçün lazım olan məlumatları (makrogöstəricilər, bazar dinamikası, seqmentasiya, istehlakçılar arasında meyllər, rəqiblərin fəallığı, tələbat, ödəniş qabiliyyəti və s.) təhlil və təqdim edir. 

Namizədlərə tələblər:

  •  Ali təhsil – marketinq və/və ya statistika sahəsində arzuolunandır;
  • Arxayın MS Office istifadəçisi;
  • Tədqiqat sahəsində ən azı 5 il iş təcrübəsi (iri FMCG (gündəlik tələbat malları) şirkətində iş təcrübəsi arzuolunandır);
  • Statistika nəzəriyyəsi, statistik məlumatların toplanması və emal üsulları, müxtəlif kəmiyyət və keyfiyyət tədqiqatlarının aparılması metodologiya barədə biliklər;
  • Marketinq, satış və maliyyə sahəsində dərin biliklər;
  • Layihələrin effektiv şəkildə idarə olunması.

Bilik və bacarıqlar:

  • Azərbaycan, ingilis və rus dillərində səlis danışıq və yazı;
  • Arxayın FK (o cümlədən, SPPS və ya Pulsar kimi xüsusi proqramların), MS Office istifadəçisi;
  • Yaxşı təşkilati bacarıqlar, natiqlik bacarıqları və ünsiyyət qurma bacarığı;
  • Nəticəyönümlülük;
  • Çoxtapşırıqlı rejimdə işləmə bacarığı;
  • Yeni bacarıqlara müstəqil yiyələnməyə hazırolma.
  • Təşəbbüskarlıq.

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.