Menyu

Satışın inkişafı üzrə Mütəxəssis

İş şərtləri:

Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə əsasən bonuslar) & sosial paket (tibbi    sığorta, limitli mobil rabitə, xidmət, qidalanma & s.).

Ünvan: Xırdalan ş., Şamaxı şosesi. 

Əsas vəzifə öhdəlikləri:

  • Operativ hesabatlılıq:
  • müxtəlif kəsim (qablaşdırma, brend, SKU, satış kanalı, coğrafiya, satış strukturu, distribüter və s.) və üfüqlərdə (MTD, YTD) ilkin və təkrar satış dinamikası üzrə gündəlik hesabatların hazırlanması, hədəf göstəricilərlə və əvvəlki dövrlərin göstəriciləri ilə müqayisə;
  • Əsas satış göstəricilərinin təhlili:
  • CPM/S&MM görüşləri çərçivəsində kanallar və coğrafiyalar üzrə kəsimdə analitik kəsimin (təkrar satış həcmi, distribüsiya, aktiv müştəri bazası və s.), həmçinin rəhbərin tələbi ilə digər analitik arayışların hazırlanması;
  • məqsədqoyma və ticarət komandasının bonus kartlarının bağlanması:
  • təsdiqlənmiş ƏFG-nə əsasən Satış Departamentinin işçiləri üçün məqsədlərin qoyulması (təbii ifadədə satış planlarının, distribüsiya üzrə məqsədlərin, fəal müştəri bazasının və s. yerləşdirilməsi);
  • əməkhaqqına bonusların vaxtında və məntiqi cəhətdən əsaslandırılmış şəkildə hesablanması və ödənilməsi üçün ticarət komandasının ƏFG-nin yerinə yetirməsinə yekun (o cümlədən, aralıq) vurulması. Satış Departamentinin sahə personalının fəaliyyət məhsuldarlığına nəzarət, rəhbərliyin məlumatlandırılması;
  • satış sisteminin inkişaf etdirilməsinə istiqamətlənən kross-funksional layihələrdə iştirak;
  • birbaşa rəhbərin vəzifə öhdəlikləri çərçivəsində müəyyən etdiyi digər göstəriş və tapşırıqların yerinə yetirilməsi;
  • birbaşa rəhbərin departamentin işində aşkar olunan istənilən pozuntular barədə dərhal məlumatlandırılması.

Namizədlərə tələblər: 

  • Ali təhsil – riyaziyyat/iqtisadiyyat/maliyyə;
  • Azərbaycan və rus dili bilikləri, ingilis dili biliyi– orta səviyyədən yuxarı;
  • FMCG sektorunda ən azı 1 il iş təcrübəsi;
  • Qabaqcıl MS Office (Excel, Power Point) istifadəçisi;
  • VBA proqramlaşdırma dili biliyi;
  • POWER BI bilikləri – qabaqcıl istifadəçi səviyyəsində.

Bilik və bacarıqlar:

  • iqtisadiyyat və statistik təhlilin əsasları;
  • müasir kommunikasiya və rabitə vasitələri ilə məlumatların emalı üsulları;
  • effektiv satış planlaması (proqnozu) və təhlili bacarıqları;
  • satış kanalları və təchizat zəncirinin həlqələrində məhsulların təbliği mexanizmi;
  • ticarət avadanlığının effektivliyinin qiymətləndirilməsi üsulları;
  • layihə hesabatlarının tərtib olunması prinsipi;
  • təqdimatın effektiv aparılması bacarıqları;
  • yüksək fəallıq və operativlik;
  • analitik düşüncə tərzi, təfərrüatlara qarşı diqqətcillik;
  • stressə dözümlülük;
  • savadlı nitq;
  • ünsiyyətcillik, məsuliyyət;
  • tapşırıqların çox olduğu rejimdə işləmə bacarığı;
  • normallaşmamış iş qrafikinə hazırlıq. 

Əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.

Ərizələrin verilməsi üçün son tarix: 1 noyabr 2019-cu il, cümə günü.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizədlər dəvət olunacaq.