Menyu

Satış üzrə Təlimçi

Əsas vəzifə öhdəlikləri:

  • Operativ hesabatlılıq:

müxtəlif kəsim ilkin və təkrar satış dinamikası üzrə gündəlik hesabatların hazırlanması, hədəf göstəricilərlə və əvvəlki dövrlərin göstəriciləri ilə müqayisə;

  • Əsas satış göstəricilərinin təhlili:

kanallara bölməklə analitik kəsimin, həmçinin rəhbərin tələbi ilə digər analitik arayışların hazırlanması;

təsdiqlənmiş ƏFG-nə əsasən Satış Departamentinin işçiləri üçün məqsədlərin qoyulması;

ƏFG-nin yerinə yetirməsinə yekun (o cümlədən, aralıq) vurulması. Satış Departamentinin sahə personalının fəaliyyət məhsuldarlığına nəzarət, rəhbərliyin məlumatlandırılması;

  • satış sisteminin inkişaf etdirilməsinə yönəlmiş kross-funksional layihələrdə iştirak;
  • birbaşa rəhbərin vəzifə öhdəlikləri çərçivəsində müəyyən etdiyi digər göstəriş və tapşırıqların yerinə yetirilməsi;
  • birbaşa rəhbərin departamentin işində aşkar olunan istənilən pozuntular barədə dərhal məlumatlandırılması.

 

Namizədlərə tələblər:

 

  • Ali təhsil – riyaziyyat/iqtisadiyyat/maliyyə;
  • Azərbaycan və rus dili bilikləri, ingilis dili biliyi– orta səviyyədən yuxarı;
  • FMCG sektorunda ən azı 1 il iş təcrübəsi;
  • Qabaqcıl MS Office (Excel, Power Point) istifadəçisi;
  • VBA proqramlaşdırma dili biliyi;
  • POWER BI bilikləri – qabaqcıl istifadəçi səviyyəsində.

 

Bilik və bacarıqlar:

 

  • iqtisadiyyat və statistik təhlilin əsasları;
  • müasir kommunikasiya və rabitə vasitələri ilə məlumatların emal üsulları;
  • effektiv satış planlaması (proqnozu) və təhlili bacarıqları;
  • satış kanalları və təchizat zəncirinin həlqələrində məhsulların təbliği mexanizmi;
  • ticarət avadanlığının effektivliyinin qiymətləndirilməsi üsulları;
  • layihə hesabatlarının tərtib olunması prinsipi;
  • təqdimatın effektiv aparılması bacarıqları;
  • yüksək fəallıq və operativlik;
  • analitik düşüncə tərzi, təfərrüatlara qarşı diqqətcillik;
  • stressə dözümlülük;
  • savadlı nitq;
  • ünsiyyətcillik, məsuliyyət;
  • tapşırıqların çox olduğu rejimdə işləmə bacarığı;
  • normallaşmamış iş qrafikinə hazırlıq.

Əlaqə: 

 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.

Ərizələrin verilməsi üçün son tarix: 1 noyabr 2019-cu il, cümə günü.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizədlər dəvət olunacaq.