Menyu

Satış üzrə Təlimçi

 

İş şərtləri:

Şirkətin təklif etdikləri: Karyera imkanları, rəqabətədavamlı kompensasiya paketi (illik baza əmək haqqı + şirkətin siyasətinə əsasən bonuslar) və sosial paket (tibbi sığorta, məhdud mobil rabitə, servis, yemək və s.).

Yer: Xırdalan şəh., Şamaxı şosseesi 1.

 

 

Əsas vəzifə öhdəlikləri:

 

·        Təlimin təşkili, keçirilən təlimlərin Satış şöbəsinin standartlarına və strateji məqsədlərinə uyğunluğunun təmin edilməsi.Təlimin səmərəliliyinin təhlili;

·        İşçilər arasında əsas satış bacarıqlarının öyrədilməsi və inkişafı;

·        Satış xidmətinin işçiləri üçün təlimlərin tərtib edilməsi və təkmilləşdirilməsi;

·        Satış xidmətinin işçilərinin iş yerində (sahə təhsili) təlim prosesinin təşkili. Keçirilən təlimin nəticələrinin təhlili;

·        Satış nümayəndələri, Satış nümayəndələri qruplarının rəhbərləri, ərazilərin inkişafı üzrə Menecerlər üçün təlim planlarının, sahə təlimlərinin tərtib edilməsi;

·        Satış nümayəndələri, Satış nümayəndələri qruplarının rəhbərləri, ərazilərin inkişafı üzrə Menecerlər üçün auditor təlimlərinin planlaşdırılması və keçirilməsi;

 

 

Namizədə olan tələblər:

 

·         ali təhsil (iqtisadi / pedaqoji təhsilə üstünlük verilir);

·         satış şöbəsində ən azı 3 il iş təcrübəsi;

·         heyətin idarə edilməsinin əsaslarını bilmək;

·         ən azı "B" kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququnun mövcüd olması və ən azı 2 il sürücülük təcrübəsi.

 

Bilik və bacarıqlar:

·         MS Office, Power Point proqramlarınınn sərbəst istifadəçisi olmaq;

·         Rus və Azərbaycan dillərini mükəmməl bilməsi (İngilis dilini bilməsi müsbət qarşılanır/Intermediate);

·         sənədlərlə iş bacarığı;

·         heyətin idarə edilməsinin əsaslarını bilmək;

·         təqdimat bacarıqlarına sahib olmaq.

 

Əlaqə:  

 Yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu  eyni zamanda maraqlı və mürəkkəb vəzifə üçün müraciət etmək istəyirsinizsə, xahiş edirik məktubun mövzu hissəsində vakansiyanın adını yazaraq, HR_CV@carlsberg.az elektron ünvanına göndərin.