Menyu

Satış üzrə mühasib

Əsas vəzifə öhdəlikləri:

  • alıcılarla hesablaşmaların gündəlik uçotu: gecikdirilmiş borcların, ödənişlərin uçotu
  • ERP sitemində və AR Vergilər Nazirliyinin internet portalında (e-taxes.gov.az) alıcılara göndərilən məhsul yükləmələrinə dair elektron qaimələrin mübadiləsi
  • ERP sitemində alıcılara göndərilən məhsul yükləmələrinə dair elektron qaimələrin gündəlik əsasda e-tax-da qaimələrlə üzləşdirilməsi
  • müştərilərə edilən endirimlərə nəzarət
  • endirim ehtiyatlarına dair məlumatların təqdim olunması, bağlanma dövründə hesab məlumatları üzrə dövriyyə və saldo üzləşdirilməsi
  • alıcıların kredit limitlərinə nəzarət
  • göndərilən məhsulların tarasının geri qaytarılmasına nəzarət
  • daxili reqlamentlərə əsasən ERP Monolit sistemində alıcıların geri qaytardığı məhsullara dair sənədlərə nəzarət və onların tərtib edilməsi
  • məhsul qiymətlərinə nəzarət və onların daxil edilməsi, ERP Monolit sisteminə daxil edilən qiymətlərin düzgünlüyünün yoxlanılması
  • alıcılarla aylıq əsasda üzləşmələrin aparılması
  • sənədlərin arxivləşdirilməsi
  • bağlanma üçün hesabatların təqdim olunması
  • mühasibat hesablarının yoxlanılması
  • aksiz markalarının qəbulu, saxlanılması və verilməsinin təşkili
  • biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılmasında iştirak
  • vəzifə öhdəlikləri çərçivəsində alıcılardan və Şirkətin bölmələrindən daxil olan sorğuların işlənilməsi və icrası
  • alıcılarla hesablaşmaların uçotu sahəsində prosedur və hesabatların tərtib olunması
  • auditor və vergi yoxlamaları üçün tələb olunan məlumatların vaxtlı-vaxtında təqdim olunması

 

 Namizədlərə tələblər: 

  • ali təhsil (iqtisadi sahədə)
  • mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi
  • MS Office (Word, Excel, PowerPoint) proqramları ilə işləmə bacarığı
  • Azərbaycan, rus və ingilis dili bilikləri (Upper-Intermediate-dən aşağı olmayan səviyyədə)
  • АССА sertifikatları
  • məlumat bazaları, çoxsaylı rəqəm və məlumatlarla işləmə bacarığı

 

Bilik və bacarıqlar: 

  • stressə davamlılıq
  • təhlil bacarığı
  • ünsiyyət qurma bacarığı
  • təfərrüatlara qarşı diqqət
  • təşəbbüskarlıq, məqsədyönlülük
  • məsuliyyətlilik
  • çoxtapşırıqlılıq rejiminə hazır olma

 

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidlərə daxil olaraq, CV-nizi buraya göndərməyiniz xahiş olunur.


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.