Menyu

Satış üzrə analitik-koordinator

Əsas vəzifə öhdəlikləri:

  • məhsul satışı və qalıqları barədə məlumatların toplanması, işlənilməsi və təhlili
  • satış üzrə analitik hesabatların vaxtında hazırlanması, göndərilməsi
  • satışın təmin olunması üzrə uçot informasiya sistemləri ilə iş: distribusiya kanallarının, əhatənin təhlili, sahə işçilərinin işinin məhsuldarlığına nəzarət, analitik hesabatların hazırlanması və göndərilməsi
  • satış şöbəsinin əməkdaşları üzrə aylıq planların müəyyən edilməsi
  • satış şöbəsi üzrə məqsədlərin yerinə yetirilməsi nəticələrinin yekunlaşdırılması
  • aparılan təhlil əsasında təqdimatların hazırlanması və keçirilməsi

 

Namizədlərə tələblər:

  • ali təhsil (iqtisadiyyat, maliyyə ixtisası üzrə arzuolunandır)
  • satışın təhlili sahəsində (beynəlxalq FMCG sahəsində arzuolunandır) ən azı 1 il iş təcrübəsi

 

 Lazımi bilik və bacarıqlar, səriştələr:

  • distribusiya sistemi, bazar iştirakçıları arasında qarşılıqlı əlaqə sistemi barədə biliklər
  • satışın planlaşdırılması bacarıqları
  • büdcələmə, büdcə səmərəliliyinə nəzarət və idarə olunması üsulları
  • satış və distribusiya göstəricilərinin biznes təhlili bacarıqları
  • təqdimatların hazırlanması və keçirilməsi bacarıqları
  • ünsiyyət bacarıqları (işgüzar ünsiyyət etikası, danışıq və təqdimatların aparılması, qərar qəbulu, şikayətlərin aradan qaldırılması, liderlik, komanda işi, nəticəyönümlülük, öyrənmə və öyrətmə bacarığı).

 

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

 
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.