Əsas vəzifə öhdəlikləri:
- Elektron avadanlığın düzgün texniki istismarını və fasiləsiz işini təmin etmək;
- Elektron-hesablama qurğularının, radioelektron aparatura və ayrı-ayrı qurğu və qovşaqların element və bloklarında sazlama işlərini aparmaq;
- Elektron texnikaya texniki xidmət göstərmək, onun işlək vəziyyətdə qalmasını, səmərəli istifadəsini, profilaktik və cari təmirin aparılmasını təmin etmək;
- Təmir işlərinin təsdiqlənmiş sənədlərə əsasən vaxtlı-vaxtında və keyfiyyətli şəkildə aparılması üçün tədbir görmək;
- Elektron avadanlığın təmiri və sınaqlarının aparılmasına, onun istismarı və texniki qulluğuna dair təlimatlara əməl olunmasına nəzarət etmək;
- Elektron avadanlığın istifadə göstəricilərinin uçotunu aparmaq və onları təhlil etmək, onun iş rejimləri və istismar şəraitini öyrənmək, elektron avadanlığın istismarı və ona texniki qulluğa dair normativ materialları hazırlamaq;
- Elektron texnikanın ehtiyat hissələri və materiallarla vaxtlı-vaxtında təmin olunmasına nəzarət etmək, radioelektron aparaturanın saxlanılmasını təşkil etmək.
Namizədlərə tələblər:
- Elektronika, radiotexnika, mexatronika və robototexnika sahəsində ali peşə (texniki) təhsili;
- 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan və rus dili bilikləri – mükəmməl səviyyədə (ingilis dili bilikləri - orta səviyyədə);
Bilik və bacarıqlar:
- Microsoft Office proqramları - mükəmməl səviyyədə;
- Sənaye avadanlıqlarının nəzarət sistemləri, elektronika, avtomatlaşdırma, nəzarət-ölçü cihazları barədə biliklər;
- Analitik təfəkkür;
- Peşəkar səviyyənin artırılması, özünü təkmilləşdirmə, peşəkar artım və inkişafa meyllilik;
- Stressə davamlılıq;
- Məsuliyyətlilik.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vakansiyaya namizədsinizsə, CV formanızı, buraya göndərməyinizi xahiş edirik.
Müraciət üçün son tarix: 31 may 2022-ci il.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.