Menyu

Kontrollinq şöbəsinin rəhbəri

Şirkət haqqında

Carlsberg Azerbaijan şirktəti Azərbaycanda ən iri pivə istehsalçısıdır. Brendlər portfoliomuza Xırdalan, Tuborg, Baltika 7, Baltika 9, Baltika 0, Kuler, Əfsanə, 33 Export, Jiqulevskoe, Yarpivo, Carlsberg, Holsten, Garage Hard Lemon Drink, Kvas Taras, Krounenbourg Blanc 1664, Somersby, Karmi Cherry Sensual kimi məşhur pivə adları daxildir. Biz hər il brendlərimizin sayını davamlı olaraq artırırıq.

Şirkətin təklifləri:

Karyera imkanları, rəqabət qabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə əsasən bonuslar) və sosial paket (tibbi sığorta, limitli mobil rabitə, xidmət, qida və s.).

Ünvan: Xırdalan şəhəri, Şamaxı şosesi 1.

Əsas vəzifə öhdəlikləri:

  • Büdcə və proqnozlaşdırma proseslərinə görə məsuliyyət daşımaq
  • Şirkətin strategiya və təşəbbüslərinin inkişafı, uzun-müddətli planlamaya dəstək
  • Təhlillər və hesabatlar hazırlamaqla idarəetmə qərarlarına dəstək göstərmək
  • Şirkətin/şöbələrin fəaliyyəti üzrə yüksək şəffaflığın və nəzarətin, təhlilin təmin edilməsi
  • Rəhbərliyin ay üzrə Yekun hesabatının hazırlanması
  • Nəzarət qrupuna rəhbərlik etmək, əsas diqqəti qrup və fərdlərin biznes əməkdaşlığı bacarıqlarının inkişafına yönəltmək
  • Şöbələr arasında əməkdaşlıq etmək
  • Şirkətin MRP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemindən və rəqəmsal vasitələrdən istifadəni artırmaq

Tələblər:

  • Təhsil – Nəzarət/Maliyyə üzrə universitet dərəcəsi və ya biznes idarəçiliyi sahəsində ekvivalent təhsil
  • Ən az 4 il iş təcrübəsi (FMCG və ya audit üzrə nəzarətçi kimi 4 ildən çox iş təcrübəsi olana üstünlük verilir).
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl şəkildə bilmək
  •   Mühasibat nəzəriyyəsi haqqında biliklər

  • Beynəlxalq Maliyyə Hesabatları Standartları və ümumi maliyyə dili haqqında biliklər

  • Öz qərarının Şirkətin ƏFG-lərinə təsirini başa düşmək

  • Proseslərin optimallaşdırılması və risklərin təhlili sahəsində bacarıqlar/təcrübə

  • Güclü analitik bacarıqlar və kompleks məlumatları / vəziyyətləri emal etmək bacarığı

  • Güclü ünsiyyət və şəbəkə qurmaq bacarıqları  

  • MS Office proqramında işləmək bacarığı və Excel proqramından istifadə sahəsində güclü bilik və təcrübə

  • Sağlam biznes anlayışı, həmçinin layihənin idarə edilməsi sahəsində bacarıqlar/təcrübə

  • Nəticə əldə etmək üçün davamlı olaraq çalışmaq

  •  Rəhbərlik bacarıqları

  • Təşəbbüs və hədəflə strukturlaşdırılmış və proses-yönümlü işləmə üsulu

    ƏlaqəMüstəqil və məqsədyönlü olmaq

  • Kollektivdə işləmək bacarığı
  • Təzyiq altında yaxşı işləmək
  • Məqsədli və yüksək motivasiyalı olmaq
  • Güclü məsuliyyət hissi
  • Detallara diqqət etmək
  • Hər şeyi bilmək istəyi

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda perspektivli iş üçün müraciət etmək istəyirsinizsə, xahiş edirik, öz CV-nizi HR_CV@carlsberg.az ünvanına göndərin. Xahiş edirik, e-poçtun mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz, əks təqdirdə ona baxılmayacaq.