Menyu

Kadr işləri üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Kadr kargüzarlığının tam həcmdə aparılması
  • Əmək məsələləri ilə bağlı əməkdaşların konsultasiyası
  • Onboarding prosesində iştirak
  • Elektron dövlət portalları ilə iş
  • Dövlət orqanları ilə əmək qanunvericiliyi sahəsində iş
  • Əməkdaşlara miqrasiya məsələlərində köməklik göstərilməsi
  • İşə qəbul prosesində iştirak

Namizədlərə tələblər:

  • Ali təhsil (hüquq sahəsində arzuolunandır)
  • Kadr kargüzarlığı üzrə mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi
  • Təcrübəli MS Office istifadəçisi, ERP sistemləri ilə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və rus  - səlis, ingilis dili- ən azı Upper-Intermediate
  • Analitik düşüncə tərzi

Bilik və bacarıqlar:

  • kadr sənədləşməsi standartları və vahid formaları barədə biliklər
  • kadr kargüzarlığının aparılması qaydaları barədə biliklər
  • sənədlərin icrasına nəzarət formaları və üsulları barədə biliklər
  • vəzifə öhdəliklərinin icrasına aid olan hissədə AR-nın qüvvədə olan qanunvericiliyi, habelə AR Əmək Məcəlləsi üzrə biliklər
  • işgüzar ünsiyyət etikası
  • ümumi və fasiləsiz əmək stajının müəyyən edilməsi qaydası
  • arxiv işi
  • ciddi hesabat sənədlərinin saxlanılması, əmək kitabçalarının tərtib olunması, aparılması və saxlanılması qaydaları üzrə 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vakansiyaya namizədsinizsə CV formasını doldurub, əmək haqqı gözləntlərinizi qeyd etməklə buraya, göndərməyinizi xahiş edirik.

Müraciət üçün son tarix: 6 iyul 2023-cü il.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.