Menyu

İT üzrə şöbənin rəhbəri

Əsas vəzifə öhdəlikləri:

  • Razılaşdırılmış xidmət səviyyələrinin, təhlükəsizlik tələblərinin və digər keyfiyyət standartlarının yerinə yetirilməsini təmin edən xidmətlərin göstərilməsinə rəhbərlik etmək
  • Müvafiq siyasət və prosedurlara riayət olunmasını təmin etmək
  • Əməliyyat metodlarını, prosedurlarını və imkanlarını yaratmaq, saxlamaq, onları effektivlik və səmərəlilik üzrə müntəzəm olaraq nəzərdən keçirmək
  • Razılaşdırılmış xidmət səviyyələrinə cavab vermək üçün gündəlik idarəetmə, resursların planlaşdırılması və iş bölgüsü üzrə məsuliyyət daşımaq 
  • Maliyyə planları və proqnozlarını işləyib hazırlamaq. Xərcləri izləmək, idarə etmək, büdcə və xərclərin razılaşdırılmış tolerantlıqları aşdığı sahələri yoxlamaq

 

Tələblər: 

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi və ya ekvivalent iş təcrübəsi
  • Azərbaycan, rus və ingilis (orta səviyyədən yuxarı) dillərində sərbəst danışıq qabiliyyəti
  • Rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi

  Aşağıdakı texnoloji sahələr üzrə təcrübə:

  • Microsoft Stack (AD, M365, Azure)
  • VMware (HCI)
  • Network (Cisco FPR, Catalyst, CUCM)

Üstünlük verilən sertifikatlar: 

  • ITIL / HDI – Xidmətin idarə edilməsi
  • ISO 20000 / 27001

Yumşaq bacarıqlar (Soft skills):

  • Ünsiyyət bacarıqları
  • İdarəetmə və liderlik bacarıqları
  • Güclü tənqidi düşünmə və qərar qəbul etmə bacarığı
  • Maliyyə sahəsi üzrə biliklər
  • Yüksək səviyyədə layihə idarəetmə bacarıqları və prioritetləşdirmə qabiliyyəti
  • Yüksək səviyyədə analitik və problem həll etmə bacarıqları.

 

Əlaqə:  

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vəzifə üçün müraciət etmək istəyirsinizsə, aşağıdakı keçidlərə daxil olaraq, CV-zi gözlənilən əmək haqqı səviyyəsi ilə birgə buraya göndərin.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.