Menyu

İstehsalın və idxal təchizatının planlaşdırılması üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:    

  • operativ bişirmə, filtrasiya və süzmə planının hazırlanması;
  • şirkətin anbarlarında OOS səviyyəsinin azaldılması;
  • yeni məhsulların buraxılması zamanı istehsalın planlaşdırılmasının koordinasiyası;
  • idxal məhsullarının təchizatının planlaşdırılması;
  • operativ hesabatların aparılması, təhlil və sabit fəaliyyət üçün lazım olan cədvəl və qrafiklərin tərtib olunması.

Namizədlərə tələblər:

  • ali riyazi/iqtisadi/texniki təhsil;
  • logistika və ya istehsalın planlaşdırılması və optimallaşdırılması sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dili bilikləri – mükəmməl səviyyədə (ingilis dili bilikləri - orta səviyyədə).

Bilik və bacarıqlar:

  • Microsoft Office proqramları - mükəmməl səviyyədə;
  • Incoterms təchizat şərtləri barədə biliklər;
  • Analitik təfəkkür;
  • Təfərrüatlara qarşı diqqətcillik;
  • Məsuliyyətlilik.

Əlaqə

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin vakansiyaya namizədsinizsə, CV formasını doldurub, buraya göndərməyinizi xahiş edirik.


Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.