Menyu

HoReCa kanalında satışın inkişafı üzrə menecer

Əsas vəzifə öhdəlikləri: 

  • HoReCa kanalında Şirkətin məhsullarının təbliği
  • əsas müştərilərlə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və dəstəklənməsi
  • bazarın vəziyyətinin təhlili, yeni müştərilərin axtarışı, müqavilələrin bağlanması
  • ayrı-ayrı ticarət nöqtələrinin fəaliyyətinə nəzarət hissəsində bütün bəndlərə əməl olunması
  • RTM müəyyən edilməsi: strategiyanın hazırlanması və tətbiq olunması, distribusiya strukturunun optimallaşdırılması
  • P&L əsasında distribüterlərin mənfəətliliyinin qiymətləndirilməsi
  • distribusiya strukturunun optimallaşdırılması, distribüterlərin qiymətləndirilməsi meyarlarının hazırlanması və aktual saxlanılması
  • HoReCa kanalında müştərilərlə danışıqların aparılması, distribüter və müştərilər arasında kompensasiya və ödənişlər üçün bütün sənədlərin təqdim olunması, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət
  • təhkim olunan kanallarda və müştərilər tərəfindən Şirkətin ticarət avadanlığının istifadəsinə və salamatlığına nəzarət
  • Şirkətlə bilavasitə kredit şərtləri ilə işləyən müştərilərin ödənişləri vaxtlı-vaxtında həyata keçirməsinə nəzarət
  • ünvanlı proqramların, ticarət və istehlak promo tədbirlərinin təşkili, onların həyata keçirilməsinə nəzarət

 

Namizədlərə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan və rus dili bilikləri sərbəst səviyyədə; ingilis dili bilikləri – Intermediate səviyyəsindən yuxarı
  • Təşkilati bacarıqlar və mükəmməl ünsiyyət bacarığı
  • Danışıqların aparılması bacarığı
  • Təcrübəli MS Office istifadəçisi

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

 
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.