Menyu

HoReCa kanalında Satış Mütəxəssisi

İş şərtləri:

·         Şirkətin təklifi: karyera imkanları, rəqabətqabiliyyətli kompensasiya paketi (illik əsas maaş + şirkətin siyasətinə əsasən bonuslar) & sosial paket (tibbi sığorta, limitli mobil rabitə, xidmət, qidalanma & s.).

·         Ünvan: Xırdalan ş., Şamaxı şosesi.

 

Əsas vəzifə öhdəlikləri:

• Ticarət nümayəndələrinin işinin planlaşdırılması və təşkili vasitəsilə qoyulan məqsədlərin yerinə yetirilməsi;

• Satış həcmi üzrə qoyulan planların yerinə yetirilməsi;

• Şirkət məhsullarının təqdimatlılığının artırılması;

• Məhsulların təchizat müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə nəzarət;

• Şirkət avadanlığının salamatlılığına nəzarət.

Namizədlərə tələblər:

• Ali təhsil;

• HoReCa kanalında ən azı 5 il iş təcrübəsi.

Bilik və bacarıqlar:

• Azərbaycan, ingilis (arzuolunandır) və rus dillərində səlis danışıq və yazı;

• MS Office (Word, Excel) proqramları  bilikləri;

• Yaxşı təşkilati bacarıqlar, natiqlik bacarıqları və ünsiyyət qurma bacarığı; 

• Nəticəyönümlülük;

• Çoxtapşırıqlıq rejimdə işləmə bacarığı;

• Təşəbbüskarlıq;

• Ünsiyyətcillik.

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin işə qəbul olmaq istəyirsinizsə CV-nizi məktubun mövzusunda vakansiya adını qeyd etməklə HR_CV@carlsberg.az elektron poçt ünvanına göndərin.

Ərizələrin verilməsi üçün son tarix: 6 sentyabr 2019-cu il, cümə günü.

Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizədlər dəvət olunacaq.