Menyu

Energetika Xidməti – Soyuducu-Kompressor Sahəsinin operatoru

Əsas vəzifə öhdəlikləri:

  • Kompressor stansiyası avadanlığının fasiləsiz işinin təmin olunması
  • Süzmə sexinin, pivə istehsalı sexinin və digər köməkçi bölmələrin lazımi parametrlərdə soyuducu maddə, sıxılmış hava və karbon qazı ilə təmin olunması
  • Dövriyyə suyunun kimyəvi parametrlərinin normada saxlanılması
  • Dövriyyə suyu və qlikol filtrlərinin müntəzəm olaraq təmizlənməsi
  • Texnoloji avadanlığın, cihaz və alətlərin saz vəziyyətdə saxlanılmasının təmin olunması və təhlükəsiz istismarına nəzarət

 

Namizədlərə tələblər:

  • Ali təhsil
  • Mexanik və operator kimi 2 il; Kompressor sexində ən azı 2 il iş təcrübəsi
  • Kompüter, habelə Microsoft office bilikləri – istifadəçi səviyyəsində
  • Azərbaycan və rus dili bilikləri sərbəst səviyyədə

 

Bilik və bacarıqlar:

  • Mexanika, ammiak və C02 kimi təhlükəli mayelər (qazlar) barədə biliklər
  • Təhlükəsizlik texnikası sahəsində 3 ildə bir dəfə təlimdə iştirak haqqında sertifikat

 

Əlaqə: 

Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, keçidə daxil olaraq, CV formasını doldurub, göndərməyiniz xahiş olunur.

 
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.