Menyu

Brend mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

  • Təyin edilmiş məhsul xətti üzrə kommersiya ticarəti, mənfəətin həcmi və biznes planı məqsədlərini effektiv şəkildə dəstəkləmək üçün qısa və uzunmüddətli biznes strategiyaları və taktikalarının qurulması
  • Marketinq/biznes planlarının hazırlanması, kommunikasiya strategiyası və icrası, maliyyə idarəetməsi, layihə idarəetməsi və marketinq büdcəsinin idarə edilməsi
  • Razılaşdırılmış illik brend planlarına uyğun olaraq yeni məhsulların buraxılmasının təşəbbüsü
  • Marketinq tədqiqatı üçün ehtiyacların müəyyən edilməsi, Marka və Tədqiqat üzrə Menecerlərlə metodologiyanın razılaşdırılması
  • Brendin inkişafı, istehlakçıların meylləri və s. kimi bütün mövcud məlumatların təhlil edilməsi

Tələblər:

  • Ali təhsil - marketinq / iqtisadiyyat / maliyyə
  • Marketinq şöbəsində ən az 1 il iş təcrübəsi (böyük FMCG şirkətində arzu olunandır)
  • Azərbaycan və ingilis dilini mükəmməl bilməli
  • Məlumat bazası ilə, büyük həcmdə rəqəmlər və məlumatla işləmək bacarığı
  • Media kanalları və satış kanalları vasitəsilə brendin təbliği üçün bütün üsullardan və alətlərdən istifadə etmək bacarığı

  • Marketinq, satış və maliyyə sahələrində mükəmməl biliyə sahib olmaq.

  • Layihənin effektiv idarəolunması
  • Effektiv planlama və hesabatlılıq bacarıqları/layihə idarəetməsi
  • Yüksək səviyyəli təşkilati və ünsiyyət qurma bacarıqları.
  • MS Office (Excel, Power Point) proqramlarının sərbəst istifadəçisi
  • Yüksək fəallıq və səmərəlilik
  • Analitik düşüncə
  • Yaxşı təşkilati, ünsiyyət qurma və natiqlik bacarıqları.
  • Nəticə yönlü
  • Eyni vaxtda bir sıra vəzifələri yerinə yetirmə bacarığı
  • Müstəqil şəkildə yeni bacarıqlara yiyələnmək istəyi

Əlaqə: 

Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və eyni zamanda çətin vəzifəyə müraciət etmək istəyirsinizsə, CV-nizi HR_CV@carlsberg.az ünvanına göndərin. Məktubun başlığında vəzifənin adını qeyd edin, əks halda məktubunuz nəzərə alınmayacaq.