Əsas vəzifə öhdəlikləri:
- Şirkətdə enerji menecment sistemini təşkil edir, tətbiq edir və dəstəkləyir
- Şirkətin enerji təchizatı risklərini və ətraf mühitə yüklənmənin azaldılmasını idarə edir
- enerji avadanlığının və enerji istifadə edən qurğuların, tərkibində elektron avadanlıq, elektroavtomatika qurğuları, NÖCvəA, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri olan texnoloji avadanlığın texniki cəhətdən düzgün istismarını və vaxtlı-vaxtında təmirini təşkil edir
- Şirkətdə enerji obyektlərinin effektiv şəkildə idarə olunması, enerji resurslarının istifadə olunması və enerji effektivliyinin artırılması ilə bağlı işləri təşkil edir
- enerji daşıyıcılarının optimal təchizatçılarının seçilməsi, enerji resurslarının dəyərinin və istehlakının azaldılması, enerji resurslarına çəkilən xərclərin optimallaşdırılması üzrə tədbirləri planlaşdırır, hazırlayır, təşkil edir və tətbiq edir
- sənədləri aktual vəziyyətdə saxlayır, enerji resurslarının uçotu ilə bağlı işi təşkil edir və aparır
- enerji avadanlığının, enerji resurslarının təmiri və onlara texniki qulluğun planlaşdırılmasını, Xidmətin büdcəsinin, hesabatların hazırlanmasını təşkil edir və bu işdə iştirak edir
- istehlak olunan enerji daşıyıcılarının, elektrik enerjisinin, suyun, təbii qazın dəyərinin vaxtlı-vaxtında uçotunu və hesablanmasını təşkil edir
- dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə qurur
- tabeçilikdə olan bölmədə (təhkim olunan obyektdə) əməyin mühafizəsi istiqamətləri, yanğın, sənaye təhlükəsizliyi, ekologiya və mülki müdafiə, fövqəladə hallar üzrə təhlükəsiz əmək şəraitinin və lisenziya tələblərinin təşkil edir
- inteqrasiya olunmuş keyfiyyət menecmenti, qida məhsullarının təhlükəsizliyi, ekologiya, əməyin təhlükəsizliyi, sağlamlığın mühafizəsi, enerji menecment sisteminin tələblərinə əməl edir
Namizədlərə tələblər:
- texniki sahədə ali təhsil
- mühəndis-texniki vəzifələrdə, sənaye təhlükəsizliyi və energetika sahəsində ən azı 3 il iş təcrübəsi
- rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi
- ERP, MES, BI informasiya sistemləri ilə təcrübəli istifadəçi səviyyəsində iş bacarıqları
- istehsalın enerji təminatı sahəsində zəngin təcrübə
- orta səviyyədə rus və ingilis dili bilikləri
Bilik və bacarıqlar:
- yuxarı orqanların müəssisənin enerji xidməti ilə əlaqəli qərarları, sərəncamları, əmrləri və digər rəhbər, metodik və normativ materiallar
- müəssisə məhsullarının istehsal texnologiyasının əsasları
- əmək və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sənaye təhlükəsizliyi, elektrik enerjisi təhlükəsizliyi, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, enerji avadanlığının istismarı və modernləşdirilməsi zamanı elmi idarəetmənin tələbləri
- yanacaq-enerji resurslarının sərfiyyat normalarının hazırlanması qaydası, kənar təşkilatlarla müəssisənin elektrik enerjisi, qaz, su və digər enerji növləri ilə təchizatına dair müqavilələrin bağlanması qaydası
- iqtisadiyyatın, istehsalın, əməyin, idarəetmənin təşkilinin əsasları
- analitik düşüncə tərzi
- bilik və təcrübəni paylaşma bacarığı
- stressə davamlılıq.
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda çətin iş üçün müraciət etmək istəyirsinizsə, CV formasını doldurub, buraya göndərməyiniz xahiş olunur.
Nəzərinizə çatdırırıq ki, müsahibəyə məhdud sayda namizəd dəvət olunacaq.