Menyu
Безымянный.png

1969

Bakı-Pivə zavodu istismara verilib

“Bakı-Pivə” istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, SSSR-nin altı ən iri pivəbişirmə müəssisələrindən biri olub.

Безымянный 8.png

2000

Yenidənqurma işlərindən sonra açılış

3.png

1997-ci ildə zavod Fransanın “Group Castel” konserninin idarəsinə verilib, iki il sonra isə zavodda irimiqyaslı yenidənqurma işləri başa çatdırılıb. Yenilənmiş müəssisənin 2000-ci ildə keçirilmiş rəsmi açılış mərasimində Azərbaycan Prezidenti cənab Heydər Əliyev iştirak edib.

5.JPG

2008

Baltika şirkəti və Brasseries Internationales Holding arasında zavodun alınması barədə razılaşma imzalanır

6.JPG

May 2009-cu il, yenidənqurma işlərindən sonra təntənəli açılış

Carlsberg Group-un bir hissəsi və Rusiya pivə bazarının çoxillik lideri olan “Baltika” pivəbişirmə şirkəti 2000-ci ildən Azərbaycan Respublikasına pivə tədarük edir. Şirkət Respublikada pivə bazarının inkişaf perspektivlərini müsbət qiymətləndirmiş və Xırdalandakı pivəbişirmə zavodunu almağa qərar vermişdir. 2008-ci ilin may ayında “Baltika” şirkəti ilə “Brasseries Internationales Holding (Eastern) Ltd (BIH Eastern)” arasında “Bakı-Kastel” pivəbişirmə zavodunun alınması barədə razılaşma imzalanıb, bundan sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olmuşdur. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb. Bu zaman ən vacib məsələ yeni mövsümdən başlayaraq Azərbaycanda “Baltika” və “Arsenalnoe” pivəsinin istehsalına başlamaq üçün müəssisənin yenidən təchiz edilməsi olub.

2009-cu ilin may ayına qədər sahəni şirkətin bütün zavodları üçün vacib olan yüksək standartlara və texnoloji tələblərə uyğun səviyyədə hazırlamaq zəruri idi. 20 may 2009-cu il tarixində zavodun yenidənqurma işlərindən sonra təntənəli açılışı olub. Xırdalanda zavodun modernləşdirilməsi Azərbaycan Respublikasının qida sənayesində son illər ərzində həyata keçirilmiş ən iri investisiya layihələrindən biri olub. İnvestisiya proqramı başa çatdıqdan sonra yatırımların ümumi həcmi təxmini 20 mln ABŞ dolları təşkil edib. Müəssisədə bişirmə rejimi, qıcqırma və filtrasiya bölmələri yenidən qurulub, şüşələrə doldurulma xətti yenidən təchiz edilib və PET qablaşdırma xətti quraşdırılıb. Müəssisədə yenidən quraşdırılmış bütün avadanlıqlar Krones AG, Gea Brewery Systems Gmbh, Filtrox AG, Ring Crown, Pall Gmbh və digər aparıcı dünya şirkətləri tərəfindən istehsal olunub. 

Modernləşdirmə yerli brendlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Xırdalandakı zavodda istehsal edilmiş “Baltika” və Carlsberg Group şirkətinin bir çox tanınmış növlərini təqdim etməyə imkan verib. Hal-hazırda zavodun istehsal gücü ildə 10 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub.

Şirkətin zavodun inkişafına qoyduğu yatırımların ümumi məbləği 40 mln MAZN-dən artıqdır (2016-ci il üzrə məlumatlara əsasən).

Buğdanın saxlanması üçün silosların və hazır məhsulun saxlanması üçün pivə çəlləklərinin quraşdırılması 2014-cü ildə müəssisənin əsas vəsaitlərə qoyduğu ən iri investisiya olmuşdur.

OKI_0513 (2).JPG

2017

Şirkət Carlsberg Azerbaijan adlandırılıb

Bu innovasiyalar şirkətə öz məhsullarının keyfiyyətini artırmağa imkan yaradır, silosların quraşdırılması buğdanın saxlanma şəraitini təkmilləşdirməyə imkan yaradır və Carlsberg Group şirkətinin yüksək standartlarına tam uyğunluğu təmin edir.

Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmalarının həcmi 15-20 mln MAZN təşkil edir. Fəaliyyətə başladığı vaxtdan onların həcmi 100 mln MAZN (2016-cı ilin yekunları üzrə məlumatlar) təşkil edir.

Carlsberg Group şirkətinə inteqrasiyanı davam etmək üçün 2017-ci ilin fevral ayında zavodunu adı dəyişdirilərək Carlsberg Azerbaijan adlandırılıb.

ƏLAVƏ MƏLUMAT İSTƏYİRSƏN?

Daha ətraflı məlumat üçün kliklə
Menecment

Menecment

Carlsberg Azerbaijan Menecmentinin məqsədi şirkəti bazarda Uğurlu, Peşəkar və Cəlbedici pivə istehsalçısı olmaq istiqamətində yönləndirməkdir.