Carlsberg Group-u mövcud olduğu bazarlarda UĞURLU, PEŞƏKAR və CƏLBEDİCİ pivə istehsalçısı etmək məqsədilə 2016-cı ilin mart ayında SAIL'22 (Yelkən'22) strategiyasına start verilib. Əsas strateji seçimlər "Əsası gücləndirmək", "Artım pozisiyası" və "Qaliblər mədəniyyətini yaratmaq" başlıqları altında qruplaşdırılmışdırlar.
Carlsberg Group-un bir hissəsi kimi Carlsberg Azerbaijan “Sail’22” strategiyasını həyata keçirir və öz biznesini bu strategiyanın prioritetləri əsasında qurur.
Strategiyanın əsas tərkib hissələri aşağıdakılardır:
Yaşam məqsədimiz
Bəzi şirkətlər öz yaşam mənası axtarışındadır, lakin bizim yaşam mənamız ilk gündən mövcud idi.
Biz günbəgün mükəmməlliyə can atırıq.
Biz daha yaxşı pivə istehsal etmək üçün çalışırıq. Pivə insanları bir araya gətirən anların mərkəzində yer alır.
Biz hər birimiz üçün daha yaxşı sabah yarada biləcəyimiz halda qısamüddətli qazanc əldə etməyə məqsədlənmirik.
Ambisiyamız
Davamlı olaraq ümumi satış həcmi və gəlirləri artırmaqla uğurlu; müştərilərimiz üçün üstünlük verilən təchizatçı olmaqla peşəkar; və pay sahibləri, işçilər və cəmiyyətə dəyər qatmaqla cəlbedici.
Prioritetlərimiz
Məqsədimizə nail olmaq üçün YELKƏN'22-nin diqqət mərkəzində dörd əsas prioritet durur: